“Samsung” yeni orta səviyyəli smartfonunu - “Galaxy M55”i təqdim edib.
Manevr.az xəbər verir ki , o, böyük ekrana, uzunmüddətli yeniləmə dəstəyinə və rekord qıran selfi kamerasına malikdir .
Yeni məhsulun əsas özəlliyi 50 meqapiksellik ön kameradır. Müqayisə üçün qeyd edək ki, hətta “Samsung Galaxy S24 Ultra” kameralı telefonunda cəmi 12 meqapiksel təsvir ölçülü ön kamera var. Əsas kameraya gəlincə, o, üçqatdır, linzaları 50, 8 və 2 meqapikseldir.
Xəbər lenti
“Samsung” möhtəşəm kameralı yeni ucuz telefonunu təqdim etdi
Texniki xüsusiyyətlər
Ekran: 6,7 düym, Super AMOLED+, Full HD+, 120 Hz, 1000 nit qədər parlaqlıq;
Prosessor: səkkiz nüvəli Qualcomm Snapdragon 7 Gen 1;
Yaddaş: 8 GB RAM, 256 GB daxili;
Kamera: əsas 50 MP (OIS ilə), ultra geniş bucaqlı 8 MP, makro 2 MP, ön 50 MP;
Batareya: 5000 mAh, sürətli doldurma 45 Vt;
Smartfonda həmçinin ekranın altında qurulmuş barmaq izi sensoru, “Samsung Knox Vault” təhlükəsizlik sistemi, “Dolby Atmos” dəstəyi və One UI qabığı ilə Android 14 var. Gələcəkdə cihaz Android 18 alacaq və bundan sonra daha bir il təhlükəsizlik yeniləmələri olacaq.
Qeyd edək ki, “Samsung Galaxy M55”in qiyməti 540 dollardır. İki rəngdə mövcuddur - açıq yaşıl və tünd mavi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar