Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qrip olduğunu zənn edirdi, ölümcül xərçəng diaqnozu qoyuldu

Tarix: 02-04-2024 21:57     Baxış: 398 A- / A+
Qrip olduğunu zənn edirdi, ölümcül xərçəng diaqnozu qoyuldu44 yaşlı, üç uşaq atası Devid Deviesin hekayəsi hamını təəccübləndirir.

 İngiltərəli Devid qrip olduğunu düşündüyü üçün bir müddət xəstəlik simptomlarına əhəmiyyət verməyib. Ancaq xəstəxanaya getikdə heç gözləmədiyi bir diaqnozla üzləşib, ona çarəsi olmayan boğaz xərçəngi diaqnozu qoyulub.

Devisin böyük oğlu, 17 yaşlı Cek Davies deyir ki, atasında üzə çıxan ilk simptomlar udqunmaqda çətinlik, boynun kənarında şişlik və boğuq səs olub.

Boynundakı şişin xərçəng olduğundan şübhələndikləri üçün həkimlər onu bir sıra testlərdən keçiriblər və sonda boğaz xərçəngi diaqnozu təsdiqlənib. Ondakı xərçəngin baş və boyundan sağ limfa düyünlərinə yayıldığı və sağalmaz hala gəldiyi anlaşılıb.

"Atam həkimlərlə ikinci görüşə gedəndə çox müsbət düşünürdü ki, badamcıqları əməliyyatla götüzdürəcək, radioterapiya, kimyaterapiya və cərrahiyyə ilə sağalacaq. Ancaq xərçəngin artıq müalicə oluna bilməyəcəyi xəbərini eşidəndə bütün dünyası yıxıldı", - Devidin oğlu bildirib.

Xərçəngin yayılmasını yavaşlatmaq ümidi ilə Devid iki ilə qədər davam edəcək immunoterapiyaya başlayıb.

Boğaz xərçənginin əlamətləri və simptomları spesifik tipdən asılı olsa da, "Perci Health"in xərçəng üzrə baş tibb bacısı Reyçel Rauson diqqət yetirilməli olan potensial əlamətləri açıqlayıb:

- Boyunda şişlik

- Sağalmayan boğaz ağrısı

- Yaxşılaşmayan udqunma çətinliyi (boğazınıza nəyinsə ilişdiyini hiss edə bilərsiniz)

- Səsdəki keçməyən dəyişikliklər (məsələn, üç həftədən çox davam edən səs qısıqlığı)
Bildirilib ki, bu simptomlar daha az ciddi xəstəliklərlə qarışdırıla bilər, ona görə də hər ehtimalı nəzərə alıb vaxtında həkimə müraciət etmək vacibdir.  medicina.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar