Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

"TikTok" Azərbaycanda iki milyondan çox video sildi

Tarix: 01-04-2024 14:41     Baxış: 3181 A- / A+
"TikTok"platforması 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video silib.
Manevr.az xəbər verir ki, bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidməti bildirib.
Bunların 903 min 041-i ötən ilin dördüncü rübündə silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının 98 %-i platforma tərəfindən proaktiv şəkildə silinib. Videoların 95,8 %-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Dünya üzrə isə dördüncü rübdə 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rüb ərzində "TikTok" tərəfindən silinən ən yüksək video sayıdır.
Silinmiş videoların 96,7 %-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların 89,9 %-i yayımlandıqdan sonra 24 saat ərzində silinib. 8 012 732 canlı yayım isə qanun pozuntularına görə dayandırılıb.
Qeyd olunub ki, ötən il dünya üzrə 13 yaşdan kiçik 76 milyon 484 min 236 istifadəçi hesabı silinib.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar