Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Ömrümün qalan hissəsini Füzulidə yaşayacam" - Seyran Səxavət

Tarix: 29-03-2024 17:52     Baxış: 3205 A- / A+
 
“Mən gözləyirəm ki, çətin vəziyyətdə yaşayan camaatımız Füzuliyə qayıdıb yerləşsin, ondan sonra ordakı torpağımda ev tikəcəm. Ya da torpağın əvəzində mənə ev verərlər. Günü bu gün gedib Füzulidə yaşamağa hazıram”.

Manevr.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib.
O, altmış dörd ildir ki, Bakıda yaşadığını və darıxdığını bildirib:“Düz altmış dörd ildir ki, Bakıda yaşayıram. Elə bilirəm ki, Füzulidən bura ezamiyyətə gəlmişəm, artıq qayıtmalıyam. Böyük məmnuniyyətlə elimə, obama qoşulmağa hazıram. İnsan həmişə kimliyinə qayıdanda xoşbəxt olur. İstər məkan, məqam, istərsə də anatomik kimliyi olsun, dəxli yoxdur. İstəyirəm ömrümün qalan hissəsini gedib orda yaşayım. Füzuliyə getsəm, ömrüm də uzanar. Sadəcə indi utanıram, camaatımız tam yerləşməmiş müraciət etmək istəmirəm. Amma belə bir planım var ki, gedib orda, öz yurdumda, elimdə, obamda yaşayım”.
Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 35 ailə -138 nəfər köçürülüb. Ümumilikdə isə Füzuli şəhərində 666 ailənin, yəni 2517 nəfərin məskunlaşması təmin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar