Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsi hesab edilir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qədr gecəsində bir sıra əməlllər yerinə yetirilir (Quranı başı üzərinə qaldırmaq, səhərə qədər oyaq qalmaq, Allahı peyğəmbərin və imamların adlarına and verməklə günahlarının bağışlanmasını istəyirlər, Quranı başa qoyub, Allahı 14 məsuma and verirlər və s.). Qədr gecəsi yerinə gətirilən əməlllər İslam dininə ziddirmi?
Manevr.az-ın məlumatına görə, mövzu ilə bağlı News24.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, Qədr gecəsinin Ramazan orucu ilə əlaqəsi yoxdur:
Xəbər lenti
"Qədr gecəsi peyğəmbərin dövründə bitdi" - Elşad Miri
"Ramazan ayında Quranın nazil olduğu bildirilir və Qədr gecəsində də Quranın gəlməyə başladığı qeyd olunur. Qədr gecəsi ildə bir dəfə Ramazanın axırıncı 10 günündə, yaxud tək gecələrində qeyd edilməli gecə deyil. Bu bir şans da deyil ki, həmin gecə kimsə ömür təqviminə qırmızı hərflərlə həkk etmək üçün səhərə qədər oyaq qalıb orucu yataraq keçirsin. Həmin gecə tarxidə bir dəfə baş verən hadisədir. Çünki həmin dövrdə Quran endirilməyə başlayıb və bu proses də peyğəmbər dövründə başa çatıb. Önəmli olan hansısa gecə deyil, mühüm olan vəhyi anlamaqdır. Qədr gecəsini ilin hansısa günündə, hansısa ayın son günlərində axtarmaq gecənin mahiyyətini anlamamaqdır. Quranla may ayının 19-u tanış olan adam üçün Qədr gecəsi həmin vaxtdır. Allah heç bir ayı, heç bir günü digərindən üstün yaratmamışdır. Quranın sənin ürəyinə girdiyi gecə, həyatına daxil olub həyatını dəyişdirdiyi gün sənin Qədr gecəndir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar