Xəbər lenti
“Ekoloji problemlər və müasir həyat” adlı maarifləndirici tədbir keçirilib - Şəkillər
Azərbaycan Respublikası Konstitusiyasının ll fəslinin 78-ci maddəsində deyilir ki, ətraf mühitin mühafizəsi hər bir şəxsin borcudur.
Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirmək üçün ölkə vətəndaşlarının ekoloji mədəniyyətini inkişaf etdirilməsi pedaqoq alimllər, müəllim və tərbiyəçilər qarşısında mühüm vəzifə olaraq qoyulmuşdur.
Ekoloji mədəniyyətin formalaşdırılması fasiləsiz olaraq ailədən, uşaq bağçalarından başlayaraq ümumtəhsil məktəblərində və nəhayət ali məktəblərdə aparılmalıdır.
Tədris müəssələrində ekoloji bəlalarla, ekoloji şüurla, ekoloji təfəkkürlə, ekoloji fəaliyyətlə, təbiətə qayğılı münasibət bəsləməklə bağlı biliklərin verilməsi ekoloji tərbiyənin əsəs mahiyyətini və məzmununu təşkil edir.
Müasir dövrdə qlobal problemlərin sırasında ekoloji poblemlər birinci yeri tutur. Bu gün qlobal problem olan ekoloji problemlər bəşər cəmiyyətinin ümumi mənafeyini əks etdirir.
Bundan başqa ekoloji problemlər sivilizasiyanın inkişafına birbaşa təsir göstərir.
Ekoloji problemlərin miqyası genişləndikcə sosial-iqtisadi tərəqqi kəskin şəkildə ləngiyir və bəşər mədəniyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qalır.
Ekoloji problemləri təhlil etmək üçün iqtisadiyyat, sosial, təbiət və texnika sahələri üzrə elm nümayəndələrinin birgə fəaliyyətinə ehtiyac duyulur.
ABŞ və İsveçrədən olan bir qrup alim Yer kürəsinin bir çox regionlarında qurunt suların tükənməsinin həyəcanverici sürətinə diqqət çəkib.
Nəticələr göstərib ki, qurunt sularının səviyyəsi 2000-ci ildən bəri çox yerlərdə aşağı düşüb.
Bir çox bölgələrdə bu rəqəm hər il 50 santimetrdən çox azalır.
Bu, Əfqanıstan, Çili, Çin, Hindistan, İran, Meksika, Mərakeş, Səudiyyə Ərəbistanı, İspaniya və ABŞ-nin cənub-qərbində baş verir.
Daha həyəcanverici bir nəticə ondan ibarətdir ki, tədqiq olunmuş ərazilərin təxminən üçdəbir hissəsində qrunt sularının səviyyəsinin aşağı düşmə sürəti daha da artmaqdadır.
Təbii ki, bizim ölkəmiz də bu problemdən kənarda deyildir.
Bu baxımdan hər il ölkəmizdə ekoloji mühitin saflaşdırılması ilə bağlı müxtəlif xarakterli tədbirlər həyata keçirilir.
Belə tədbirlərin sırasına bu günlərdə Yasamal rayonu Aslan Ağaverdiyev adına 31№-li tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın üzvləri və məktəb rəhbərlıyi tərəfindən hazırlanan “Ekoloji problemlər və müasir həyat” adlı maarifləndirici hesabat tədbirini də aid etmək olar.
Müasir dünyada əsas qlobal problemlərdən biri mövcud su ehtiyatlarının azalması və çirklənməsidir. Bu problemin kökündə bir sıra səbəblərin mövcudluğu bu gün diqqət çəkən məsələlərdəndir.
Əhalinin sayının artması, sənayenin və kənd təsərrüfatının inkişafı ilə suya ehtiyac kəskin şəkildə artır.
Son onilliklərdə dünyanın bir çox bölgələrində su çatışmazlığı hiss olunur. Su ehtiyatlarının kəmiyyətcə və keyfiyyətcə tükənməsi prosesi gedir, bu da keyfiyyətsiz suyun istifadəsi ilə əlaqədar əhalinin xəstəlik hallarının artmasına, eləcə də iqtisadiyyatın zəifləməsinə səbəb olur.
Tədbirdə məktəbin şagirdləri ”Dünyanın su ehtiyatları” (Abdullayeva Alimə), ”Şoran suları və onların yuyulması” ( Zeynəb Sadıqzadə), “Qurunt suları” (Aylin Cabbarova)və s. mövzularda təqdimatlar nümayiş etdilər.
Onlar çıxışlarında su probleminin yaranma səbəblərini, iqlim dəyişmələrinin su ehtiyatlarına təsirini, sudan qənaətlə istifadənin əhəmiyyətini, sudan səmərəli istifadə yollarını müzakirə edərək birgə fikir mübadiləsi apardılar.
Məktəbin direktoru Zülfiyyə Rəsulova, fənn müəllimləri Ülviyyə Həsənova və Kəmalə Hüseynova tədbirdə iştirak edərək şagirdələrə müzakirə olunan mövzularla bağlı praktiki tövsiyələr verdilər.
Biz də, öz növbəmizdə, məktəbin müsbət təşəbbüsünü alqışlayaraq belə qənaətə gəlirik ki, ekoloji tərbiyə işi müasir tələblər əsasında qurularsa, onda məktəblilər ekologiya və təbiətin mühafizəsi kimi mühüm vəzifələrin həyata keçirilməsində fəal iştirak edərlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar