Xəbər lenti
Sevgilisi ilə birlikdə xanımını döyən həkim ölkədən qaçıb? - Həyat yoldaşından AÇIQLAMA
Bir müddət əvvəl sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli ölkəni tərk edib.
Bu barədə İbrahim Əsədlinin həyat yoldaşı Aynur Əsədli məlumat verib.
O qeyd edib ki, mart ayının 21-də və ondan sonrakı günlərdə İbrahim Əsədli evə gəlməyib:
"Mən sonradan öyrəndim ki, İbrahim həmin qadınla Azərbaycandan qaçıb və hazırda İtaliyadadır. Cinayət işinin yeni başlandığı, araşdırmaların davam etdiyi və qarşıda məhkəmə proseslərinin olacağı bir zamanda bu formada heç kimə xəbər vermədən ölkədən getməsi nə dərəcədə düzgündür?! Bunu yalnız ölkədən qaçmaq kimi qiymətləndirmək olar.
Nə mənə, nə övladına, nə də pasiyentlərinə bu barədə məlumat verməyib və birdən-birə yoxa çıxıb. Vəziyyəti ağırlaşan xəstələr nömrəmi tapıblar və məndən soruşurlar ki, həkim haradadır? Onu da qeyd edim ki, İbrahim məni və məlum hadisə ilə bağlı ona sual verə biləcək bütün şəxsləri sosial şəbəkələrdə əngəlləyib. Onunla heç cür danışa bilməmişəm", - deyə A.Əsədli bildirib.
Xatırladaq ki, ötən ay İbrahim Əsədli işlədiyi klinikada sevgilisi, 1978-ci il təvəllüdlü Aynur Paşa qızı Sultanova ilə birlikdə həyat yoldaşı Aynur Əsədlini döyüb. Zərərçəkmiş Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edib. İş üzrə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.
Hadisə nəticəsində xəsarət alan Aynur Əsədli də həkimdir.
Qeyd edək ki, hadisədən sonra İbrahim Əsədlinin həm də müvafiq sertifikatı olmadan həkim kimi çalışdığı üzə çıxıb və o, işlədiyi klinikadan qovulub. unikal
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar