Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə nazirlər maaşdan imtina etdi

Tarix: 21-03-2024 12:10     Baxış: 4159 A- / A+
Bu ölkədə nazirlər maaşdan imtina etdi
Pakistanın Baş naziri Şahbaz Şərif və nazirlər hökumət xərclərini azaltmağa yönəlmiş qənaət tədbirləri çərçivəsində maaş və güzəştlərdən könüllü olaraq imtina ediblər.
Manevr.az-ın xəbərinə görə, bu barədə “Pakistan Today” qəzeti məlumat yayıb.
Bundan əvvəl bu həftə Pakistan Prezidenti Asif Əli Zərdari də maaş və güzəştlərdən imtina edib.

Hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi Pakistanda fevral ayında keçirilən parlament seçkilərindən sonra formalaşan Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub. Bazar ertəsi Nazirlər Kabineti dövlət büdcəsinə qənaət etmək məqsədilə nazirlərin və hökumət nümayəndələrinin xaricə səfərlərini məhdudlaşdırıb, həmçinin belə səfərlər üçün yeni qaydalar tətbiq edib. Nazirlər, onların müşavirləri və köməkçiləri ildə üç dəfədən çox olmamaqla və yalnız milli büdcəyə qənaəti təmin edən hökumət komitəsinin, habelə Xarici İşlər Nazirliyinin icazəsi ilə xaricə getməlidirlər. Bu məhdudiyyət Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrini də əhatə edir. Xaricə səyahət edərkən onlara beşulduzlu otellərdə qalmaq da qadağandır. Nazirlərin və məmurların xarici ölkələrə səfərlərini azaltmaq üçün Pakistanın xaricdəki səfirliklərinə diplomatları beynəlxalq forum və tədbirlərə mümkün qədər geniş şəkildə cəlb etmək tövsiyə olunur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar