Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əfv və amnistiya olacaq! - Hüquq müdafiəçisi tarixi açıqladı

Tarix: 18-03-2024 17:11     Baxış: 3114 A- / A+

Adətən, hər il Novruz qabağı amnistiyaya fərmanı imzalanırdı. Hətta bundan əvvəl onun müzakirələri gedir və təxminən kimləri əhatə edəcəyi açıqlanırdı. Lakin bu il hələ ki amnisitiya və ya əfvlə bağlı heç nə danışılmır. 
Manevr.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu il amnistiya ilə bağlı fərmanın may ayında imzalanacağı gözlənilir.
Hüquq müdafiəçisi qeyd edib: “Mən belə başa düşürəm ki, amnistiyanı may ayına saxlayıblar. Mayda həm amnistiya, həm də əfv sərəncamları olacaq. Çünki adətən, amnisitiya hər il bayramqabağı olurdu. İndi bununla bağlı komissiya işləyir və amnistiya əfvlə birgə olması gözlənilir”.
Novella Cəfəroğlunun sözlərinə görə, budəfəki amnisitiya qərarı da ötənilki kimi çox sayda məhbusu əhatə edə bilər.
“Mən bununla bağlı dəqiq nəsə deyə bilmərəm. Bunu parlamentlə ölkə başçısı müəyyən edir. Yəqin ki yenə də çoxlu məhbusa şamil olunacaq”.
Qeyd edək ki, ötən ilin mayında ölkə başçısının Heydər Əliyevin 100 illiyi münasibəti ilə imzaladığı əfv sərəncamı 801 məhbusu əhatə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar