Xəbər lenti
Yeyinti faktına görə işdən çıxarıldı, müəllim kimi fəaliyyətinə xitam verildi
Tərtər rayon D.Əzizov adına Şıxarx kənd 1 nömrəli tam orta məktəbin direktoru Ramil Ağayev işdən çıxarılıb.
Onun işdən çıxarılması sözügedən məktəbdə yeyinti faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda başlanmış cinayət işi əlaqədardır.
İddialara görə, R.Ağayev direktor vəzifəsindən azad edilməklə yanaşı onun müəllimlik fəaliyyətinə də xitam verilib.
Bir neçə ay əvvəl Baş Prokurorluq təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işinin başlandığı barədə məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən olunub.
Fakta görə Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar