Xəbər lenti
İpoteka ilə ev alanlara sevindirici xəbər - VİDEO

Dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq.
Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, hazırkı qanuna əsasən əmlak və ya mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır.
Digər dəyişikliklər isə ipotekada zamin məsələsi və varislərin hüquqlarının qorunmasıdır.
Təklif edilən dəyişikliyə əsasən bəzi hallarda varis ipoteka kreditini ödəməkdən imtia edə biləcək.
Vüqar Bayramov bildirib ki, ümumilikdə ipoteka kreditləşməsi üzrə edilən bütün dəyişikliklər pozitivdir və kredit götürən şəxslərin maraqlarının və hüquqlarının qorunmasına imkan verəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar