Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sığortadan kənarda qalan onkologiya: “Çox böyük xərc lazımdır”

Tarix: 16-03-2024 23:11     Baxış: 3210 A- / A+

“Onkoloji xəstəliklərin müalicəsi üçün çox böyük xərc tələb edir”. 

Professor Adil Qeybulla deputat Əhliman Əmiraslanovun onkoloji xəstəliklərin sığorta ilə əhatə olunması ilə bağlı təklifini şərh edərkən deyib. 

A.Qeybulla İcbari Tibbi Sığorta paketinə maliyyə yardımının ayrılmasının müsbət hal olduğunu vurğulayıb: 

“Bu, İcbari Tibbi Sığorta xidmətinin keyfiyyətində özünü mütləq göstərəcək. Ən azı tibbi xidmətlərin genişlənməsi, istər ambulator, istər stasionar, istərsə də diaqnostika müalicə vasitələrinin genişlənməsi istiqamətində xeyli məsələlərə kömək edəcək. Amma bununla yanaşı, bəzi məsələlər var ki, dövlət proqramları çərçivəsində qalır. Bu, şəkərli diabet, vərəmli və onkoloji xəstələrdir ki, onların İcbari Tibbi Sığortaya keçirilməsini düşünmək lazımdır”.

A.Qeybulla əlavə edib ki, özəl sektorun sığortaya cəlb olunması üçün ciddi bir çeşidləmə aparılmalıdır: 

“Azərbaycanda özəl sektorun fəaliyyəti ciddi şəkildə təftiş edilməlidir. Təəssüflər olsun ki, bu boyda problemə göz yumulur. Özəl xəstəxanalarda ümumiyyətlə, işin təşkili tibbi qaydalardan xeyli kənara çıxır. Ona görə də bütün özəl xəstəxanalara icbari sığorta işi ilə məşğul olması məqsədi ilə lisenziyalar verilməlidir. Düşünürəm ki, bununla bağlı ciddi şəkildə çeşidləmə aparılmalıdır. Onsuz da gec-tez bu çeşidləmə aparılacaq. Çünki buna zərurət duyulacaq. Özəl xəstəxanalarda İcbari Tibbi Sığortaya o xəstəxanalar cəlb edilməlidir ki, o şəfa ocaqları tibbin qanunları ilə işləyir, sahibkarın düşüncəsi ilə deyil”. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır:

“Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar