Xəbər lenti
Nazilə Gültac: Hava qaralanda xatirələr işıqlanır

FİKİRLƏR, DÜŞÜNCƏLƏR
Etiraf ən gözəl həqiqətdir.
***
İçində hər şeyi sıfırlasan da, sıfırdan deyil, birdən başla.
***
Hava qaralanda xatirələr işıqlanır.
***
Sevgi var ucaldır, sevgi var qocaldır.
***
İnsanı yaşadan içindəki böyük nifrəti deyil, qığılcım boyda sevgisidir.
***
Sevgi özü də öhdəlikdir.
***
İnsanlıq öləndə - insan zülmətə dönür.
***
İnsanın həyatı narahat olanda geyimində rahatlıq axtarır.
***
Bir ürəyə ürək dilində cavab verən, xoşbəxtliyin nə olduğunu bilir.
***
Bir insan əşyasını itirdikdə sevinirsə, demək ki, o həyatda nə vaxtsa bir əzizinin ayrılıq acısını yaşayıb.
***
Ümumdünya cazibə qanunu elə - ümuminsan cazibə qanunu deməkdir.
***
Dağın zirvəsi uzaqlaşdıqca, insanın zirvəsi yaxınlaşdıqca görünür.
***
Acı gerçəkdən param- parça olan insan özünü bütöv halda xəyallarda tapır.
***
Elə qanunlar var ki, qanunsuzdur.
***
Qələmin kağıza sevgisi kimidir insanın sevgisi, istəyəndə yazır, istəyəndə qaralayır.
***
Hərdən xatırlanmaq, unudulmaqdı.
***
Qəlbini ölü dəniz kimi saxla - ümidlərin tufana düşməsin.
***
Həyat nağılla başlayıb, romanla bitir.
***
Əfsus ki, Tanrı qovuşduranı insan ayırır.
***
Amana zaman, zamana aman verən Tanrıdır.
***
Yollar var ki, yollarına bağlıdır,
Yollar var ki, yollarınla dağlıdır.
***
Eşqin dibinə düşənlər,
Ruhun zirvəsinə ucalırlar.
***
Qəlblərin toqquşması, avtomobillərin toqquşması kimidir.
Kim ölə, kim qala!
***
Yarımçıq sevgidən, əbədi dostluq üstündür.
***
İnsanlar hissləriylə sevir, ağıllarıyla nifrət edirlər.
***
Ağıllı qadın - reallığı dəyərləndirən qadındır.
***
Ürəyi təmiz olanın həyatında təmiz olmayanlar çox olur.
***
Ağlın ağırlığını qaldırmaq olur, qəlbin ağırlığını qaldırmaq olmur.
***
Yaraları dərin olanın sevgisi də dərin olur.
***
Oxuduğun nəğmələr oxuya bilmədiyin həyat nəğməsinin nəqəratıdır.
***
Hər mürəkkəb münasibətin sadə həlli var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar