Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“WhatsApp”a yeni funksiya gəlir

Tarix: 16-03-2024 12:24     Baxış: 4204 A- / A+

"WhatsApp" tərtibatçıları biometrika və paroldan istifadə edərək tətbiqin bloklanması funksiyasını messencerə əlavə etməyi planlaşdırırlar.
Manevr.az oxu.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat verib.
Mənbənin sözlərinə görə, barmaq izi, üz cizgilərinin tanınması və ya paroldan istifadə edərək tətbiqin bloklanmasına imkan verən yenilik "WhatsApp"ın 2.24.6.20 "Android" versiyalarının bəzi beta-testerlərində artıq işləkdir.  
Qeyd olunub ki, əvvəllər tətbiqi yalnız biometrik parametrlərdən istifadə etməklə bloklamaq mümkün idi ki, bu da cihazlarında müvafiq sensorlar olmayan və ya digər qorunma üsullarına üstünlük verənlərin imkanlarını məhdudlaşdırırdı. Bundan əlavə, qışda barmaq izi kilidi qoyan istifadəçilər naməlum xəta səbəbindən "WhatsApp"a daxil ola bilmirdilər və parol seçə bilmələri isə onları bu narahatlıqdan xilas edə bilərdi.
Hazırda funksiya məhdud sayda tester üçün əlçatandır. Tətbiqin daha geniş auditoriyaya nə vaxt təqdim olunacağı barədə məlumat verilmir.
"WABetaInfo" portalı hələ ki istifadəçilərə ən son beta versiyasını aktivləşdirməyi tövsiyə etmir, çünki bəzi istifadəçilər proqramın heç bir səbəb olmadan daim qeyri-aktiv olmasından şikayətləniblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar