Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Şakro”nun azadlığa çıxışı çox şeyi dəyişəcək – Avtoritetlər TƏŞVİŞDƏ

Tarix: 15-03-2024 12:01     Baxış: 3142 A- / A+


“Şakro”nun azadlığa çıxışı çox şeyi dəyişəcək – Avtoritetlər TƏŞVİŞDƏ
1 nömrəli “qanun oğru” Zaxari Kalaşovun (“Şakro Molodoy”) azadlığa buraxılacağı xəbəri yayıldıqdan sonra kriminal aləmdə hamını narahat edən yalnız bir sual var. Onun yaxın ətrafında kimlər olacaq?
Xarici KİV xəbər verir ki, bəzi mənbələr onların kim olacağını  öyrənib. Bunlar Maqadan diyarının qubernatoru Valentin Tsvetkovun qətlinə görə mühakimə olunan Martin Babakexyan və Aleksandr Zaxarovdur (Sandro).
Qeyd edək ki, “Şakro” ilə qubernatorun qatilləri arasındakı əlaqə haqqında ilk dəfə 2019-cu ildə məlumat yayılmışdı. Güman edilir ki, ciddi təzyiqlərə və işgəncələrə baxmayaraq qatillər sifarişçinin “Şakro” olduğunu qətiyyən söyləməyiblər, yəni bosslarını satmayıblar.

Əgər Ust-Labinsk məhkəməsinin Zaxar Kalaşovun səhhətinə görə azadlığa buraxılması qərarından şikayət verilməzsə (bu ehtimal demək olar ki, sıfırdır), o zaman “Şakro” martın 23-də azadlıqda olacaq. Onu azadlıqda möhtəşəm bir ziyafət gözləyir. Dostları “Şakro”nun azadlığını və ad gününü (martın 20-də onun 71 yaşı tamam olacaq), eyni zamanda məşhur “qanuni oğru” Badri Koguaşvilinin doğum gününü (martın 22-də onun 60 yaşı tamam olacaq) birləşdirərək bayram etməyi planlaşdırılar. “Şakro”nun keçmiş qərargahı Golden Palace kazinosunun binasında yerləşirdi, lakin oradakı bütün otaqlar Kalaşovun “enişindən” sonra icarəyə verilib. Ehtimallara görə, 1 saylı “qanuni oğru”nun yeni qərargahı Novı Arbatdakı Match Point əyləncə mərkəzində olacaq. Bu, “kriminal general” üçün yaxın hesab edilən obyektdir.
Kalaşovun “nəzarət olunan” və “qorunan” biznes strukturları ilə heç bir problemi olmayacaq. Son illərdə iki avtoritet onun bütün sahələrdə maraqlarına riayət olunmasına nəzarət edib – Martin Babakexyan və Aleksandr Zaxarova. Birincisi “Şakro”nun bütün biznes maraqlarına cavabdehdir, ikincisi isə “güc bloku”na nəzarət edib. Əvvəllər “Şakro”nun bu işlərinə “avtoritet” Andrey Koçuykov (italyan) baxırdı. Lakin o, “Şakro”dan bir az əvvəl həbs edildi və Kalaşovun onu vaxtından əvvəl azad etmək cəhdləri uğursuz oldu. Martin və Sandro bu şəraitdə irəli çıxdılar. Baxmayaraq ki, sərbəst buraxıldıqdan sonra italyan Kalaşovun yanında yenidən şərəfli yer tutacaq.
Bu yaxınlarda mafiya və biznes ictimaiyyətinin bütün nümayəndələri Martin və Sandronu “Şakro”nun nümayəndələri və onun ən etibarlı adamları kimi tanıyırdılar. Münasibətlərin hekayəsi çox maraqlıdır.
2011-ci ildə Moskva Şəhər Məhkəməsi Maqadan vilayətinin qubernatoru Valentin Tsvetkovun 2002-ci ilin oktyabrında törədilmiş qətli ilə bağlı hökm çıxarıb. Onu güllələyiblər, Martin Babakexyan 19 il, Aleksandr Zaxarova 17 il sərt rejimli cəza alıblar. Qətlin sifarişçisi və motivləri heç vaxt müəyyən edilməyib. Martin və Sandro bu məsələ ilə bağlı ifadə verməkdən qəti şəkildə imtina ediblər. Çünki Tsvetkovun qətlini sifariş edən “Şakro” olub.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar