Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

İcra hakimiyyətləri ləğv edilir? – Deputatdan ANONS

Tarix: 15-03-2024 08:14     Baxış: 4126 A- / A+
Prezident İlham Əliyevin Sərəncamı ilə Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Məsim Məmmədov isə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Xüsusi nümayəndəlik mövzusunun aktuallaşması struktur dəyişikliyi ilə bağlı suallar doğurur. Maraqlıdır, Prezidentin xüsusi nümayəndəlik institutunun miqyasının böyüməsi və digər ərazilərə də təyinatın baş tutması nədən xəbər verir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə yeni idarəetmə formalarının tətbiqinin şahidlik edirik:

“İdarəetmədə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndələrinin təyin olunması da ilklərdəndir. Bu proses təzə başlayanda proqnozlaşdırmışdıq ki, növbəti mərhələdə həmin forma institutlaşa, idarəetmədə yeni metod kimi bütün Azərbaycan ərazisinə şamil ediləcək qədər genişlənə bilər. Bu da özlüyündə yeni icra hakimiyyəti funksiyasını yerinə yetirən institutlaşmaya gətirib çıxaracaq.

Proqnozlar özünü doğruldur. Son sərəncamlardan da göründüyü kimi, sözügedən istiqamətlərdə addımlar atılır. Azərbaycan Respublikasının Konstitusiyasında yerli icra hakimiyyəti orqanlarına təyinatla bağlı Azərbaycan Prezidentinin səlahiyətləri var. Amma yerli icra hakimiyyəti orqanlarının struktur tərkibi və forması digər qanunlarımızla müəyyənləşdirilir. Bu istiqamətdə konstitutsion maneə yoxdur”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar