Xəbər lenti
Bu məhsullar yaxın vaxtlarda bahalaşacaq - VİDEO

Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3% yüksəlib.
İnflyasiya göstəricisi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2%, qeyri-qida məhsulları üzrə 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7% artıb.
İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, qiymət artımı növbəti aylarda da özünü göstərəcək
Onun sözlərinə görə, bahalaşmaya səbəb yerli istehsalın lazımı səviyyədə daxili bazarı təmin etməməsidir. Əgər belə davam edərsə dünya bazarında mövcud olan vəziyyətin ölkə iqtisadiyyatına təsirinin fəsadlarını ciddi şəkildə hiss edəcəyik.
Bir sözlə, ərzaq və qeyri ərzaq məhsullarındakı qiymət artımı təkcə Ramazan ayını və Novruz bayramını əhatə edən martda yox, digər aylarda da müşahidə oluna bilər.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar