Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qafqaz və ətraf regionlar üçün zəlzələ kataloqu hazırlandı

Tarix: 13-03-2024 19:13     Baxış: 3115 A- / A+



Qafqaz və ətraf regionlar üçün geniş zəlzələ kataloqu hazırlanıb.
Manevr.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Amerika Seysmoloji Cəmiyyətinin "Seysmoloji Tədqiqatlar" jurnalında "Qafqaz regionunda zəlzələlərin yenidən müəyyən edilməsi və Kompleks Kataloqunun tərtibi)" mövzusunda yazdığı məqalədə məlumat verilib.
Qeyd olunub ki, Lourens Livermor Milli Laboratoriyası, İliya Dövlət Universiteti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlığı çərçivəsində daha geniş ehtimal xarakterli seysmik təhlükənin qiymətləndirilməsinə dair layihə çərçivəsində sovet dövründən qalan kağız bülletenlər rəqəmsallaşdırılıb və regional bülletenlər əsasında zəlzələlərin vahid kataloqu tərtib edilib.
Həmçinin birölçülü sürət modeli hazırlanıb və zəlzələ məlumatları yenidən emal üçün istifadə edilib. Yekun kataloqda 1900-cü ildən 2015-ci ilə qədər Qafqaz regionunda maqnitudası 3,7 və yuxarı olan 16 963 zəlzələlərin parametrləri dəqiqləşdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar