Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qalmaqallı verilişlərin reytinq sirri: Ciblərinə pul qoyur, qarnını doyururlar - Aparıcıdan şok etiraf

Tarix: 13-03-2024 12:23     Baxış: 4124 A- / A+
Xəbər verdiyimiz kimi, ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

Adıçəkilən verilişlər sırasında “Gəl Danış” da var.
Bəs görəsən, proqramın bağlanması gözlənilirmi? Bununla bağlı rəhbərlik hər hansı tədbir görübmü?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı "Yenisabah.az"a danışan teleaparıcı Amil Xəlil bildirib ki, verilişlərin formatının dəyişməsinə, yaxud bağlanmasına sonda telekanal rəhbərliyi qərar verir:
“Hər hansı verilişin bağlanmasına və ya formatının dəyişməsinə kanal rəhbərliyi qərar verəcək. Mən özüm mətbuata açıqlamalarımda dəfələrlə demişəm ki, bəzi verilişlərdə vətəndaşların üzərinə çox gedirlər, onları alçaldırlar. Hər zaman bunu demişəm və qeyd etmişəm ki, bizim verilişdə nəinki əxlaqında problem olan şəxslər olmayıb, hətta bir nəfər deyə bilməz ki, Amilin verilişində kimsə ayağını ayağının üstünə aşırıb bir yerini göstərir. Bu 8 il ərzində verilişimdə belə bir şey olmayıb, bundan sonra da olmayacaq! Səs-küyə görə bəzən reytinqlərdə digərləri birinci ola bilir, bizdə həmin səs-küy olmadığı üçün reytinqlərdə bir az geridəyik. Bizim verilişimiz kriminal xarakterlidir, proqramda arvadını atan, ərini qoyub 5 kişiyə ərə gedən adamlar olmayıb, belələri gəlsə də, efirə çıxarmamışıq.
Hətta həmin şəxslər sonradan Elgiz Əkbərin, Lalə Azərtaşın verilişinə üz tutub deyiblər ki, biz Amil Xəlilin verilişinə getdik, amma bizi qəbul etmədi. Bu fikirlər onların efirində də gedib. Bilirəm, bu rəqabətdir, lakin eybəcər rəqabətdir, o fikirləri kəsə bilərdilər. Sadəcə bizim veriliş də ilk onluqda olduğu üçün iclasda bizim də adımız hallanıb.
Biz kriminal xarakterli proqram hazırlayırıq, müəmmalı ölüm hadisələrini araşdırırıq, prokurorluqla, Daxili İşlər Nazirliyi ilə birgə işləyirik, onlardan məlumat alırıq. Bəzən vətəndaşlara kənardan başqa şeylər deyirlər, biz onları çağırıb qanunun aliliyini təqdim edirik”.
Aparıcı şou edərək gündəmdə qalmağa, trendlərə düşməyə çalışan bəzi verilişlərin bunu necə etdiyini də açıqlayıb:
“Digər layihəm “Xəbərsiz”də də sosial problemləri işıqlandırıram. Mənim şou etməyə vaxtım yoxdur. Verilişlərdə şou pulun hesabına yaradılır. Əgər verilişdə bir problem 1 həftədən çox davam edirsə, bilin ki, bu, şoudur. Artıq həmin şəxsə axşam hər şeyi başa salırlar, qalmağa yer təşkil edirlər, cibinə pul qoyurlar, yemək-içməyini verirlər, hətta arada şənbə-bazar aparıb onu gəzdirirlər ki, layihə rəhbərinin dediyini etsin. Şou buna deyirlər.
Bu gün trendə düşən videolara nəzər salın, bambılılıq trend adlanır. Bəzi verilişlərdən kadrlar məhz bambılılığa görə trendə düşür və mənim aparıcısı olduğum “Gəl danış” trendə düşmür.
Bu tip verilişlərə çərçivə qoyulmalıdır, mən özüm də bunu dəfələrlə demişəm”.
O, verilişlərin birdəfəlik bağlanmasının məsələyə çözüm olmayacağını qeyd edib:
“Bu gün adıçəkilən verilişlər bağlansa belə, tamaşaçı onların alternativlərini xarici kanallarda tapacaq, onsuz da ölkə əhalisinin 82 faizi peyk antenasından istifadə edir. Sabah Xoşqədəm Hidayətqızının verilişi bağlansa, ona 9 reytinq verən tamaşaçı həmin verilişin alternativini - hətta daha pis versiyasını türk kanallarında tapıb izləyəcək”.
A.Xəlil bildirib ki, onun layihəsində heç vaxt ucuz şou edilməyib, qeyri-etik hadisələr göstərilməyib:
“Bizim telekanalın rəhbəri hörmətli Vado müəllim də iclas etdi. O, müəyyən vacib tapşırıqlarını tək mənə yox, telekanalın bütün işçilərinə verdi. Bizdə hər həftə iclas olur, bütün aparıcılara iradlarını bildirir, tapşırıqlarını verir.
Mən hamıdan xahiş edirəm, açıb bizim verilişə baxsınlar, görsünlər efirdə tüstü çıxırmı, musiqi verib insanların ürəyini üzmək varmı, arvadını kişi ilə tutanların sevgilisini efirə çıxarırıqmı? Belə mövzuların betəri mənim əlimə gəlib, amma onları efirə çıxarıb göstərməmişəm. Mən efirdə səsimi yüksəltməyi sevmirəm, bəzi aparıcılar kimi qışqırıb artistlik etmirəm, hətta adicə səsim azca yüksələndə belə rəhbərlik çağırıb deyir ki, ay Amil, o gün niyə əsəbiləşmişdin? Bu barədə irad bildirir. Çünki biz kanal olaraq belə şeyləri sevmirik. Əgər bunu etsək trendləri “partladardıq” lakin bizə bu lazım deyil”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar