Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları - ŞƏKİL

Tarix: 11-03-2024 19:12     Baxış: 4193 A- / A+



Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.
Manevr.az bildirir ki, "qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detallarını əldə edib.
İttihama görə, Abdullayev qanunsuz hərəkətlərin reallaşdırılmasını maliyyələşdirib. Söhbət gedən məbləğ isə 5 milyon manatdan çoxdur.
Bu iş üzrə istintaq Baş Prokurorluqda aparılır. Bir neçə gün əvvəl prokurorun təqdimatı əsasında H.Abdullayev haqda həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfi ittihamı qəbul etməyərək qərardan şikayət verib. Bu gün Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, "Quska" ləqəbli H.Abdullayev 2018-ci ildə dələduzluqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bundan sonra Abdullayev cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına etap ediləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar