Bakıda həkimin həyat yoldaşını döyən sevgilisinin ölkədən çıxışına qadağa qoyulub.
Manevr.az metbuat.az-a istinadən xəbər verir ki, qadın hadisədən sonra Azərbaycanı tərk etmək istəyib. Əslən Quba rayonundan olan Aynur Sultanova hazırda Azərbaycanla yanaşı, həm də Türkiyə vətəndaşıdır. Hadisə ilə bağlı zərərçəkmiş Aynur Əsədli Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edəndən sonra A. Sultanova Azərbaycanı tərk etmək istəsə də, mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının yerini müəyyən edərək saxlayıb. İzahatı alınan qadının barəsində araşdırma başlanıb və araşdırmalar bitənə qədər onun ölkədən çıxışına qadağa qoyulub.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış həkim-onkoloq İbrahim Əsədlinin sevgilisi olduğu bildirlən A. Sultanova həkimin həyat yoldaşı Aynur Əsədlini döyüb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Loğmed" klinikasında baş verib.
Həmin klinikada işləyən İbrahim Əsədli sevgilisi Aynur Sultanova ilə iş otağında olarkən həyat yoldaşı Aynur Əsədli həkimin otağına gəlib. Bu vaxt A. Əsədli ilə həyat yoldaşı İ. Əsədli arasında mübahisə yaranıb. Mübahisə "Loğmed" klinikasının həyətində də davam edib. İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisə nəticəsində A. Sultanova Aynur Əsədliyə xəsarət yetirib. Zərərçəkmiş Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan, İ. Əsədlinin həyat yoldaşı Aynur Əsədli də həkimdir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar