Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Estoniyanın keçmiş baş naziri içkili olduğu üçün təyyarədən düşürülüb

Tarix: 10-03-2024 22:05     Baxış: 3163 A- / A+
Estoniyanın keçmiş baş naziri içkili olduğu üçün təyyarədən düşürülübEstoniyanın keçmiş baş naziri Taavi Rıyvas Finlandiyanın paytaxtından havaya qalxmalı olan təyyarədən endirilib.

Bu barədə Delfi xəbər portalı məlumat yayıb.

Estoniya hökumətinin keçmiş rəhbəri işgüzar nümayəndə heyətinin tərkibində Yaponiyaya gedirmiş. Onunla birlikdə ölkənin xarici işlər naziri Marqus Tsakna da olub.

Məqalə müəllifləri keçmiş baş nazirin sərxoş olduğunu ehtimal edir. Bununla belə, Estoniya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr bürosunun direktoru Liysa Toots hadisənin səbəbləri ilə bağlı məlumatı dəqiqləşdirə bilməyəcəyini deyib.

"İşgüzar nümayəndə heyətinin üzvləri öz hərəkətlərində və qərarlarında sərbəstdirlər. Nazirlik biznes nümayəndə heyətinin üzvlərinə və ya onların hərəkətlərinə görə məsuliyyət daşımır", - XİN sözçüsü əlavə edib.

Taavi Rıyvas bildirib ki, o, təyyarədə işləyən stüardessalardan biri ilə mübahisə edib. Mübahisə keçmiş nazirin noutbukdan istifadə etməsi ilə bağlı yaranıb. Eyni zamanda, keçmiş hökumət başçısı spirtli içkilərdən istifadə ilə bağlı yayılan məlumatları böhtan adlandırıb. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar