Xəbər lenti
“Müəllimim haqqında söz...” — Çinarə Ömray yazır...
Müəllimim haqqında söz.
Azad müəllimi hər zaman emosional danışığı ilə tanımışam. Bizə ədəbiyyatdan öncə insanlığı öyrədərdi (BSU Yaradıcılıq fakültəsində). Hər zaman dürüst olmağı, sözümüzü qorumağı bacarmağı tapşırardı.
... Azad müəllim bizə ədəbiyyatın sirlərini yox, mətbəxini açıb görsədirdi. Və pisi də, yaxşını da örtülü kart kimi açıb qoyardı ortaya və sonda seçimi özümüzə buraxardı. Özünüz qiymət verin, nəyin, kimin arxasınca gedəcəksinizsə öz seçiminiz olsun — deyirdi. Yəni, heç vaxt höküm verməzdi bu yaxşıdı, bu pis. O sadəcə bildikləri haqda danışar, sonda seçimi bizim ixtiyarımıza verərdi.
... Bir də hamımızın sevimli “Yazı” dərgimiz var idi ki, Azad müəllimin rəhbərliyi ilə çıxırdı. Bir dəfə mən də bizim “Yazı”ya yazı göndərdim – “Tut ağacı”. Azad müəllimin dəqiq və konkret adam olduğunu bilirdim. Bir kəlmə yazdı: “Yaxşıdı!”. Bu artıq mənim üçün dünya demək idi. Bilirdim ki, o yalandan heç nəyə yaxşı deməz. Nəysə bundan həvəsləndim, gələn sayda ikinci bir yazı da göndərdim. Eyni təmkinlə yeni cavab: “Çox pinti!”.
Azad müəllim üçün ya yaxşı var, ya da pis. O orta həddi nəyəsə xatir demək yoxdur.
... Tanıdığıma, dərs aldığıma və mənə tanıtdırdıqlarına görə bir ömür minnətdar olacağım müəllimim olub Azad Qaradərəli!
Çinarə Ömray
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar