Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Laçında 32 ildən sonra toy sədası - Şəkillər

Tarix: 08-03-2024 18:11     Baxış: 3196 A- / A+

Laçında 32 ildən sonra toy sədası - FOTOLAR

Laçının toylu-büsatlı günləri başlayıb. Bu gün – martın 8-də Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə olaraq toy sədası ətrafa yayılıb.
 
Manevr.az xəbər verir ki, iki gəncin ən xoş günü el adəti ilə, yəni, kənddə toy mağarı qurularaq təşkil edilib.
 
Hər bir zabuxlu ailənin bu sevincli gününə pənah gətirib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.
 
Gəlinlə bəy “Vağzalı” sədaları altında toy mağarına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiram əlaməti olaraq sükutla anılıb. Sonra çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb.
 
Qeyd edək ki, Zabux kəndində 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.Azərtac

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar