Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda qocaları aldadıb pullarını bankomatdan çıxartdılar - VİDEO

Tarix: 07-03-2024 17:47     Baxış: 4125 A- / A+


Bakıda qocaları aldadıb pullarını bankomatdan çıxartdılar - VİDEO
Paytaxtın mərkəzi küçələrinin birində yerləşən ictimai-iaşə obyektlərindən pul və mobil telefonların oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Bədirov Kamran və qohumu 26 yaşlı Bədirov Səlim müəyyən edilərək saxlanılıblar.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı bankomatlardan birinin qarşısında 91 yaşlı kişinin bank kartından oğurluq edən, əvvəllər məhkum olunmuş 44 yaşlı Əhmədov Elnur saxlanılıb. E.Əhmədov etibardan sui-istifadə edərək bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən ahıl yaşlı şəxsin 650 manatını ələ keçirib, əvəzində isə zərərçəkənə saxta əskinaslar verib.  

9-cu PB-si əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə üzərində odlu silah-sursat saxlayan, əvvəllər məhkum olunmuş Cavadov Bəxtiyar və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hümbətov Taleh saxlanılıblar. B.Cavadovdan 1 ədəd  “Makarov” markalı tapança, 5 ədəd patron, T.Hümbətovdan isə 1 kiloqram 220 qram heroin, 650 qram marixuana, 120 qram tiryək və 503 qram psixotrop maddə metamfetamin aşkar olunub.
Bakıda qocaları aldadıb pullarını bankomatdan çıxartdılar - VİDEO



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar