Xəbər lenti
Fevral ayında metrodan istifadə edən sərnişinlərin sayı AÇIQLANDI
Bu ilin fevral ayında Bakı metrosundan 17 milyon 895 min 498 sərnişin istifadə edib.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, onlardan 472 min 764-ü güzəştli və ya ödənişsiz sərnişinlər olub. Metropoliten orta statistik hesabla gün ərzində 617 min 85 sərnişin daşıyıb.
Ən çox sərnişin fevral ayının 26-sı daşınıb – 769 min 386. Fevral ayının 18-i ən az – 389 min 726 nəfər metropolitenə sərnişin kimi daxil olub.
Fevral ayı paytaxtın tədris ocaqlarında yeni ildə ilk dərs dövrünün başlanması ilə əlamətdar olub. Bu səbəbdən fevral ayının 19-dan hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümumən həmin gündən başlayaraq, 9 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 748 min 916 nəfər təşkil edib. Ondan əvvəlki 11 iş günü ərzində isə gündəlik sərnişindaşıma orta hesabla 612 min 530 nəfərə bərabər olub. Beləliklə, iki fərqli dövr arasında gündəlik sərnişindaşıma fərqi 136 min 386 sərnişin təşkil edib.
Əvvəlki illərin fevral ayları ilə müqayisədə, 2019-cu ilə nəzərən 2024-cü ilin ikinci ayında 3,1 faiz az, 2022-ci və 2023-cü illərin eyni dövrlərindən, uyğun olaraq, 19,3 faiz və 4,7 faiz çox sərnişin daşınıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar