Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Nitqin sənin kimliyindir!” layihəsinin bağlanış tədbiri keçirilib -ŞƏKİLLƏR

Tarix: 06-03-2024 22:47     Baxış: 3238 A- / A+
06 mart 2024-cü il tarixdə İsmayıllı Rayon Qoşakənd kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi"nin qalibi “Nitqin sənin kimliyindir” adlı layihənin bağlanış tədbiri keçirilib.

“Nitqin sənin kimliyindir” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin və İsmayıllı rayon sektorunun əməkdaşları, layihə rəhbəri Ziyəddin Mövlamov, layihə üzrə ekspert və təlimçilər, həmçinin İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Layihə rəhbəri, İsmayıllı Rayon Qoşakənd kənd tam orta məktəbinin direktoru Ziyəddin Mövlamov layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Qeyd edib ki, "Layihə çərçivəsində təhsilalanların nitq və ünsiyyət yönlü bacarıqları inkişaf etdirilmiş, nitq prosesində çıxış fobiyasını, həmçinin müxtəlif nitq problemlərini aradan qaldırmaqla gözəl diksiyaya, səlis nitq qabiliyyətinə malik şagirdlər yetişdirilmişdir". O, həmçinin layihə çərçivəsində 5 ay müddətində İsmayıllı rayon ümumtəhsil məktəblərində maarifləndirmə işlərinin aparıldığını, 25 nəfər bədii qiraət bacarığı olan şagirdin seçilərək məktəbdə yaradılmış "Natiqlik və diksiya" dərnəyində dərslərə cəlb edildiyini və bu aylar ərzində dərnəyin fəaliyyətinin ürəkaçan olduğunu vurğulayıb. Dağlıq Şirvan Rejional Təhsil İdarəsinin müdir müavini Həmid Qasımov çıxış edərək ucqar dağ kənd məktəbinin bu cür layihələrdə uğur qazanmasını yüksək dəyərləndirdi və məktəb rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Daha sonra çıxış edən natiqlər – İsmayıllı Təhsil Sektorunun əməkdaşları Rahim Baxışov, Mayıl Səftərov, Hafiz Kərimov və Əməkdar müəllim Şəfaqət Rəsulov seçilmiş mövzunun aktuallığından söz açaraq layihənin bütün şagirdlər üçün böyük əhəmiyyət daşıdığını vurğuladılar. Layihə üzrə ekspert Kifayət Xalıqova, təlimçilər Adil İskəndərov və Şəlalə Abbasova layihənin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, layihə çərçşivəsində təşkil olunmuş “Natiqlik sənəti nədir?”, "Natiqlik sənətinin incəlikləri", "Diksiya nədir?”, "Aydın diksiya nə üçün vacibdir”, "Jest və mimika", "Bədən dili" adlı seminarlarda dərnək üzvlərinin yaradıcılıq potensialı inkişaf etdirilib, səlist nitqə, gözəl diksiyaya və ifadəli oxu bacarıqlarına malik şagirdlər yetişdirilib. Dərnək üzvləri müxtəlif mövzularda təqdimatlar hazırlayaraq təqdim ediblər.

Tədbirin sonunda dərnək üzvlərindən bir neçə nəfərin ifasında bədii qiraət nümunələri səsləndirilib. Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir çay süfrəsi ilə başa çatıb.







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar