Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Komitədə mühüm görüş: Kərkicahana qayıdış...

Tarix: 05-03-2024 21:43     Baxış: 3530 A- / A+
Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.

Dövlət Komitəsindən verilən məlumata görə, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, keçmiş məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib.

Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar