Xəbər lenti
Nigar Camal polis idarəsinə çağırıldı

Bu barədə müğənni öz şəxsi İnstaqram hesabında məlumat paylaşıb.
“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan Tiktok hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”.
Xatırladaq ki, müğənni Nigar Camala qarşı dələduzluq edilib. Elşad Eldar oğlu Məmmədov adlı şəxs Tiktokda sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb. Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar