Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu

Tarix: 02-03-2024 10:22     Baxış: 4177 A- / A+
Heydər Əliyevdən – İlham Əliyevə” kitabı işıq üzü görüb Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu Heydər Əliyevdən-İlham Əliyevə” kitabı nəşr edilib.
Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf olunan nəşr İnstitut Elmi Şurasının 5 dekabr 2023- cü il tarixli, 6 saylı qərarı ilə çap olunub. “Kitabi-Dədə Qorqud” eposu haqqında söz” adlı ilk bölümlə başlayan tədqiqatın sonrakı fəsillərində “Kitabi-Dədə Qorqud”un Heydər Əliyevə qədərki əzablı yolunun xronikası”, “Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyev epoxasında” və “Kitabi-Dədə qorqud”un taleyində İlham Əliyev mərhələsi, yaxud Azərbaycan Oğuznaməsinin əbədiyyəti” araşdırılır. Həmçinin “Dədə Qorqud təntənələri. Fotosalnamə” bölümündə çoxsaylı maraqlı şəkillər yer alıb. Nəşrdə “Kitabi-Dədə Qorqud” eposunun sovet hakimiyyəti illərindəki qadağası fonunda müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin dastanın dünyaya və Azərbaycan xalqına yenidən tanıdılması, tədqiqi və nəşrində yeni tarixi mərhələnin yaradılması sahəsindəki xidmətləri geniş təhlil edilib qiymətləndirilir. Kitabda Prezident İlham Əliyevin də “Kitabi-Dədə Qorqud”un və eposun qəhrəmanlarının adlarının əbədiləşdirilməsi və dastanın dünya miqyasında təbliği istiqamətindəki çoxcəhətli fəaliyyətlərindən bəhs olunur. Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosnet İsmixan Osmanlı olan kitab 124 səhifədən ibarətdir. Monoqrafiya “Elm” nəşriyyatında işıq üzü görüb.

Gülnar Səma Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar