Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kağızların EDAM ADAMına MƏKTUB — Emil Rasimoğlu yazır...

Tarix: 01-03-2024 12:44     Baxış: 4188 A- / A+

Emil Rasimoğlu şair,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü


Bu həyatda əbədiyyətə daşıdığın ömrü yarım əsrdən çox yaşamaq (həm də bu məmləkətdə... mücadilə apara-apara, intihar ipi ilə şahmat oynaya-oynaya... yaşamaq!) alnına sıxılan güllənin Tanrısı ilə üz-üzə dayanıb, tətiyinə qalib gəlməkdir... Hə, məhz bu məmləkətdə qalib gəlməkdir — balıqları suda boğulan, “qaranlıqlar”ı günün günorta çağında qarşına çıxan məmləkətdə!

Aydın Canıyev məhz həmin qalib TƏKlərdəndi... O TƏKlərdən ki... onun ADı edam kötüyündən bir ana üzünə sürgün olunan qırışlara qədər tanışdı, doğmadı... və tənhadı.

... Bu gün Aydın Canıyevin “timsahlar ağzı”ndan keçən YARADICILIQ YOLUna dönüb baxanda QƏLƏMindən, İSTEDADından, ürəyindəki daş-qalaq izlərindən... utanmaq lazım deyilmi? Əlbəttə ki, lazımdır! Bu torpağın üstündə onun HAQQını parçalayıb, son tikəsinə qədər sahiblənən “özgə”lərin adına utanmaq lazımdır!.. Yoxsa, elə bir ömür bu Vətəndə “hakim”in gücü bircə Aydın Canıyevi həbsxana ilə “mükafat”landırmağa... SÖZünü “qaranlıq”lara, “Sibir qəribliyi”nə... öyrəşdirməyə çatdı? Bəs, AYDIN CANIYEV İMZASInın qarşısında dövlət, millət, mətbuat... adından göstərilən ehtiram, dəyər... harada qaldı? Nə edək ki (... və nə yaxşı ki!) o, bu şəhərdə KÜRSÜ MƏDHİYYƏLƏRİ SİMFONİYASInın müəlliflərindən olmadı. Məgər olmamağın cavabıdırmı qələminin üzünə oxunan “ölüm hökmləri”?

...Bu gün Onun — jurnalistikamızın DİRİ ÇAĞDAŞLARından olan Aydın Canıyevin GÜNdür. 

İndi Aydın Canıyevi təbrik etmək haradasa bir TANRI ODASInı bağrına basmaqdır...

Təbrik edirəm, kağızların EDAM ADAMı!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar