Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ruhiyyə Əliyeva ağır vəziyyətdə olan şairlə bağlı paylaşım etdi - ŞƏKİL

Tarix: 29-02-2024 11:50     Baxış: 476 A- / A+


"Liatris Holdinq"in rəhbəri Ruhiyyə Əliyeva hazırda səhhətindəki problemlərə mübarizə aparan görkəmli şair Məmməd İsmayılla bağlı paylaşım edib.
Manevr.az olay.az-a istinadən xəbər verir ki, iş xanımı bununla bağlı Feysbuk səhifəsində status paylaşıb:
"Dostlar, bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Çox vaxt insanlara sağlığında qiymət verməyi bacarmırıq. Kimsə ölən kimi bizim gözümüzdə böyüyür, ucalır. Onun haqqında yaxşı danışırıq, tərif edirik, böyük alim, yazıçı, şair və ya bəstəkar deyirik. Amma sağlığında qiymət verməyi bacarmırıq. Bu yerdə hamınızın diqqətini türk dünyasının böyük şairi Məmməd İsmayılın üzərinə çəkmək istəyirəm. Məmməd müəllimi şəxsən tanıyıram, onun şeirlərini öz dilindən böyük sevgi və qürurla dinləmişəm.
Bu böyük şəxsiyyət bütün ömrünü ədəbiyyata, türkçülüyə və mədəniyyətə həsr edib. Ömrünün ahıl çağında olan qocaman şair xəstəliklə mübarizə aparır. Hamımız onun üçün duaçıyıq. Bu günlərdə Məmməd İsmayıla "Xalq şairi" adının verilməsini çox istəyərəm. Mən ümid edirəm ki, Məmməd müəllim üçün bu adın verilməsi çox sevindirici bir xəbər olar. Onsuz da bu nəhəng ədəbiyyat adamını xalqımız sevir və hörmət edir. Gəlin, sağlığında qiymət verək ona".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar