Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu gün toyu olan icra başçısının 4 övladı var

Tarix: 28-02-2024 12:34     Baxış: 4211 A- / A+
 
Xəbər verdiyimiz kimi, bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. 
O, tanınmış telejurnalist Alidə Mustafayeva ilə izdivaca girir. 

Manevr.az bildirir ki, yenisabah.az məşhur cütlüklə bağlı maraqlı məlumatlar əldə edib.
Rəfiqələrinin saytımıza bildirdiyinə görə, bu, 37 yaşlı Alidə Mustafayevanın ilk evliliyidir. Vaxtilə ATV və İTV telekanallarında çalışan jurnalist işlədiyi kollektivlərdə hamının sevimlisi olub.
Hər iki kollektivdə ona dəfələrlə elçi düşsələr də, xanım jurnalistin könlünü oğurlamaq heç kimə qismət olmayıb.
Alidə Mustafayeva 4 may 2022-ci il tarixindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışır. 1 iyun 2022-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Telefon Rabitəsi" MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
5 sentyabr 2022-ci il tarixindən ASAN Radioda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASAN Radionun birgə layihəsi olan “Rəqəmsal Dialoq” verilişini aparır.
Bu gün toyu olan icra başçısı Seymur Orucov haqda isə internet resurslarında kifayət qədər məlumat var.
Qeyd edək ki, S.Orucovun 40 yaşı var. Bu, onun ikinci evliliyidir. İcra başçısı bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Bu izdivacdan cütlüyün dörd övladı dünyaya gəlib, onların ikisi oğlan, ikisi qızdır.  S.Orucov bir müddət əvvəl Çeşmi Hacıyevadan rəsmi şəkildə boşanıb. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar