Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

30 ildən çox axtarışda olan terrorçu qadın Berlində ələ keçdi - Şəkillər

Tarix: 28-02-2024 08:51     Baxış: 3170 A- / A+

Almaniyanın paytaxtı Berlində solçu “Qırmızı Ordu Fraksiyası” (RAF) partiyasından olan terrorçu Daniela Klette saxlanılıb.

Qeyd olunub ki, qadın Almaniya hüquq-mühafizə orqanları tərəfindən 30 ildən çoxdur axtarılır.

65 yaşlı Klette Kreuzbergdəki yaşayış binasında həbs edilib. Klette həbs zamanı heç bir müqavimət göstərməyib. Mənzildə silah-sursat aşkar edilib, başqa adla verilmiş İtaliya pasportu götürülüb.

Klette və digər terroristlər Ernst-Folker Ştaub və Burkhard Qarveq 1993-cü ildə Vayterştadt həbsxanasında partlayış törətməkdə günahkar biliniblər. Bundan əlavə, Verden məhkəməsi 1990-2016-cı illər arasında törədilmiş bir sıra digər ağır cinayətlərə görə hər üçü barəsində həbs qərarı çıxarıb. Bunlara bir neçə uğursuz terror hücumu, quldurluq, həmçinin silahlı hücumlar və adam öldürməyə cəhd daxildir.
Kletteyə hansı cəzanın veriləcəyi isə hələlik məlum deyil. oxu.az

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar