Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xəstəxanada pasiyent yanında qalmaq üçün 11 manat ödəniş edilməlidir - RƏSMİ AÇIQLAMA

Tarix: 27-02-2024 21:23     Baxış: 3232 A- / A+


Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitlərində yayılan məlumata görə, TƏBİB tabeliyində olan tibb müəssələrində pasiyent yanında qalan şəxslər 11 manat ödəniş etməlidir.

TƏBİB-dən məlumatın doğru olduğu bildirilir. TƏBİB tabeli tibb müəssisələrində tibbi göstəriş əsasında müayinə və müalicə xidmətləri sığorta hadisəsi çərçivəsində icbari tibbi sığorta təminatına daxil olmaqla əhaliyə ödənişsiz əsaslarla göstərilməkdədir.

"Xəstənin yaxını tərəfindən müşahidə xidməti isə icbari tibbi sığorta təminatına daxil olmayan əlavə ödənişli xidmət olub, TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli qərarına əsasən, 12 yaşdan yuxarı pasientlərin 1 günlük müşahidəsi üçün 11,00 manat məbləğində tariflə təsdiqlənmişdir. Xidmət tibb müəssisəsinin müraciət zamanı xidməti göstərmə imkanından asılı olaraq razılığı əsasında, daxili resurslarına müvafiq qaydada göstərilir", - açıqlamada bildirilir.

Qeyd olunur ki, sözügedən tarif ancaq xəstə yaxınının tibb müəssisəsində qalmasını əhatə edir.

Qurumdan bildirilib ki, qərara əsasən bu xidmət, əlavə qayğıya ehtiyacı olduğundan 12 yaşa qədər uşaq və I qrup əlilliyi olan xəstələrin yaxınlarına sosial çərçivədə ödənişsiz əsaslarla göstərilməkdədir:

“Bütün digər hallarda TƏBİB tabeli tibb müəssisələrində xəstə yaxınlarının pasiyentləri ziyarəti xəstəxanadaxili qaydalara müvafiq olaraq ödənişsiz əsaslarla tənzimlənir”. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar