Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

16 yaşlı qızın ərə getməsinin qarşısı alındı - BAKIDA

Tarix: 26-02-2024 10:13     Baxış: 4181 A- / A+


16 yaşlı qızın ərə getməsinin  qarşısı alındı - BAKIDA
Fevralın 28-də Bakı kəndlərinin birində 16 yaşlı qızın toy mərasiminin baş tutacağı barədə məlumat yayılıb.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb.
Belə ki, o qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da məlumat verilib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən lent.az-a bildirilib ki, yaxın bir qohumun məlumatı əsasında növbəti erkən nikahın qarşısı alınıb:
“Toy 28 fevralda Bakı kəndlərinin birində baş tutacaqdı. Amma mərasim qızın 18 yaşı tamam olana qədər təxirə salındı. Ata yalan məlumat verərək diqqəti yayındırmaq istəsə də, bu cəhdi alınmadı, öz qızının gələcəyini düşünməyən ata ikinci dəfə qanun pozuntusu etmiş oldu. Məlumatı təqdim edən və onun araşdırılmasına köməklik göstərən Azərbaycan Uşaqlar Birliyinin sədrinə, operativ olaraq qarşısının alınmasını təmin edən Sabunçu Rayon İcra Hakimiyyətinə fakta həssaslıqla yanaşan hər kəsə təşəkkür edirik”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar