Xəbər lenti
Sevgi dolu ömür...
Çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, fərqli dili, özünə məxsus ədəbi üslubu ilə seçilən, sevilən yazıçı Mövlud Süleymanlı haqqın rəhmətinə qovuşdu.
Ata tərəfdən yaxın qohumum - çox sevdiyim, qürur duyduğum, şəxsiyyətinə dərin ehtiram bəslədiyim böyük yazıçı özündən sonra zəngin ədəbi irs qoyub getdi. Keşməkeşli həyat yolu, çətin sınaqlar onun yaradıcılığında öz əksini tapmışdı. Atası İkinci Dünya savaşında həlak olanda yazıçı uşaq idi. Bağdagül ana övladlarını çox çətinliklə böyüdüb onlara təhsil verdi. Ədəbiyyata olan sevgi də Mövlud Süleymanlıya anası tərəfdən gəlirdi.
Bədahətən söylədiyi şeirlər, bayatılar yazıçının gələcək yoluna işıq tutmuşdu. Elə yaradıcılığa da ilk olaraq şeirlə başlamış, daha sonra hekayələr, povestlər və romanlar ərsəyə gətirmişdir. Vətəninə, torpağına, elinə bağlı olan yazıçı xalqın dərdi ilə dərdlənir, cəmiyyətin problemlərini, çətinliklərini əsərlərinin dili ilə oxucusuna böyük məharətlə çatdırırdı. Tamaşaya qoyulan əsərləri tamaşaçılar tərəfdən alqışlarla qarşılanırdı.
Ömrünü ədəbiyyatımızın inkişafına həsr edən xalq yazıçısı dövlət tərəfindən bir sıra orden və fəxri adlara, mükafatlara layiq görülmüş, hər zaman diqqət və qayğı ilə əhatə olunmuşdur. Hər kəsin həyatda bir mussiyası olduğuna inanıram və bu missiyanın öhdəsindən layiqincə gəlmək hünər tələb edir. Mövlüd Süleymanlı bu hünərin sahibi idi. Şərəf və ləyaqətlə bu dünyada üzərinə düşən missiyasını başa vuran böyük yazıçı hər zaman xalqın qəlbində yaşayacaq, rəhmətlə anılacaqdır. Məkanın cənnət olsun, böyük insan!
Məltəm Anar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar