Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rəqəmlərlə danışan adam

Tarix: 22-02-2024 10:12     Baxış: 3316 A- / A+
Bu dəfəki qəhrəmanım nə şair deyil, nə yazıçı, nə rəssam, nə musiqiçi. Nə sözü şeirə çevirəndi, nə səsin, nə  rənglərin diliylə danışan. Bütün həyatını rəqəmlərin üzərində quran,  elmlərin açarı sayılan  riyaziyyatın nazını balası kimi çəkən, üstündə əsən, tətbiq və tədris edən elm fədaisidi eləcə. 
Pafosdan uzaq, tərifdən qaçan, təqdimatı sevməyən elm fədaisidi  bir sözlə. Sakitdi. Eqosuz, bərsiz-bəzəksiz  danışmağı sevir.Özünüreklamdan uzaqdı. Neynirsə ürəyinin diktəsilə edir. Sadədi, utancaqdı. Fikrini  birnəfəsə  deyir. İncitməkdən qorxandı. Dinləməyi gözəl bacarır.   Sakitliyində bir təlatüm var . Sükutunun səsini duyan lazımdı sadəcə. İncikliyini də, sevincini də səsindən anlarsan. Dilə gətirməz. Vətən, el təəsübkeşidi həm də. Bu dünyanın adam yükünü çəkənlərdəndi eyni zamanda. Maraqlı adamdı, deyilmi?  Həm də sirli. Sizi çox intizarda saxlamaq istəmirəm. Söhbət Feyruz Məmmədovdan gedir.  Riyaziyyatçı  Feyruz Məmmədovdan. Biz sözdən söz yoğururuq,  o rəqəmlərlə  oynayır. Yaradıcıyıq  dolayısı ilə hər ikimiz. Bəlkə bu xüsusiyyətimizdi  bizi elm adamlarıyla dost edən,  yaxınlaşdıran.    Feyruz  müəllim ədəbiyyatı da sevir amma.  Elə gözəl izahları  və fikirləri  var ki. Duyur ürəyimizdən keçənləri.  Mən elə bilirdim ki, riyaziyyatçılar  sərt  və rəqəmsal  olurlar. Yanılmışam. İnsanlığın  heç bir elmlə  bağlılığı yoxdu. İnsandı, vəssalam.  Feyruz  müəllim kimi. Dünənəcən müəllim kimi tanıyırdım onu  sadəcə. Vicdanına və savadına söykənən müəllim kimi. Bu günsə  6 riyazi kitabın, testin, elmi  araşdırmaların müəllifi kimi . Doğrusu ondan söz almaq da bir o qədər asan deyil.Dedim axı tərifdən qaçan adamdı, təvazökardı. Sakitliyinin özündə qəribə  bir  səs var. Bu qəribəlik oldu elə mənə bu yazını yazdıran da.  Bu yazım da elə belə doğmadı ha. Tanrı göndərdi. Diktəsiz, sifarişsiz, filansız. Elə qəhrəmanım kimi. Axı Tanrıdan doğan yazıların içindəki işıqdan hər kəsə pay düşür. Göz qamaşdırmır,  sadəcə  nuru  var.  Mənə elə gəlir ki, hər kəs sözü boyda, əməli boydadı. Yəqin mənimlə razılaşarsız.  Əminəm ki, bu çağacan Feyruz müəllimin ürəyinin və ruhunun işığından çox evə , çox ocağa pay düşüb. İnsanlığına, pedaqoqluğuna, peşəsinə hədsiz sevgisinə sığınıb deyirəm bunu. İndi gəlin bir az da yaxından tanıyaq bu sirli qəhrəmanı.

 Feyruz Əliqulu oğlu Məmmədov 1953-cü ildə, avqustun 17-də  Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb.
Əslən Şamaxının Dağ Kolanı kəndindəndilər. Yəni tərəkəmədilər. (Soyumuz, kökümüz birdi .Həmişə bununla fəxr etmişəm) Əvvəlcə Salyan rayonunun Yolustü kənd səkkizillik məktəbində, sonra isə Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970 -ci ildə ADU -nun, indiki BDU-nun tətbiqi riyaziyyaz fakültəsinə daxil olub.1975-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və doğma elinə obasına  qayıdıb. Müəllim kimi əmək fəaliyyətinə Salyan rayonu Yolüstü kənd orta məktəbindən başlayıb. Pedaqoji fəaliyyətində də el arasında böyük hörmət və nüfuz qazanıb.Şagirdləri respublikanın müxtəlif tədris ocaqlarında təhsillərini davam etdiriblər.Olimpiadaların qalibi olublar. Bir sözlə müəllimlərinin başını uca ediblər  hər yerdə. Bu da bir uğurdu. 2002-2015 -ci illərdə Azərbaycan  Müəllimlər İnistitutunun Salyan rayonu filialında baş müəllim kimi fəaliyyət  göstərib  həm də.  Feyruz müəllim təkcə tədris və təlimlə kifayətlənməyib  bu illərdə.  Yazıb-yaradıb. Elmə bir -birindən dəyərli töhfələr verib.  Onun "Beşinci və altıncı siniflər üçün olimpiada məsələləri " ," Riyaziyyatda bəzi məsələlərin müxtəlif üsullarla həlli", "1453- cü ilin riyaziyyat  sərgüzəştləri", " Gənc riyaziyyatçı"," Zəfər  ilinin riyazi aləmi"," Riyaziyyat-251  məsələnin 1170  həlli" adlı  kitabların , 10- dan  çox elmi məqalələrin  müəllifidi. 2009-cu ildə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə " Tərəqqi" ordeni ilə təltif olunub. 


Eyni zamanda Feyruz müəllim gözəl ailə başçısıdı. Dörd övladı var. Hamısı da torpağa, Vətənə, elə, obaya bağlı. Elə atalarına layiq bir sözlə.
Feyruz müəllim bu gün də sakit deyil. Elə gənclik şövqüylə axtarır, tapır,  yazır, yaradır. Həm də xüsusi zövq və sevgiylə. Amma yenə də hay-küysüz, sakit. Özünü riyaziyyatda  çoxdan isbat etsə də bu gün də axtarışdadı.Bu onun daxili təlatümündən irəli gəlir. İşinə, peşəsinə sonsuz sevgisidi onun dincliyini əlindən alan. Nə deyirik. Təki belə əməlisaleh elm fədailərimiz çox olsun. Dünya da bunun acı deyilmi? Elə biz də belə ruhun işığına can atanlardanıq.Bilirəm ki,  Feyruz müəllim bu yazını oxuyub sakitcə "Çox sağ olun" -deyəcək. Amma bu sakitliyin  içindəki  şükranlığı bir mən duyacam, bir də Tanrı. Zehnin və ruhun həmişə açıq olsun, işıq adam!

Təranə Dəmir, şair-publisist, AYB-nin üzvü,
"Qızıl qələm" və H. Əliyev mükafatçısı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar