Xəbər lenti
Erkən pensiya hüququ verən peşələrin siyahısı artırıldı
Pensiya təminatı sahəsində son illər aparılan islahatlar nəticəsində bu təminat sisteminə əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.
Manevr.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarları ilə son iki ildə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na ümumilikdə 65 yeni peşə və vəzifə əlavə edilib.
Hazırda 35 hissə, 280 yarımhissədən ibarət olan həmin Siyahıda 4 mindən çox peşə və vəzifə, göstərici mövcuddur ki, həmin sahələrdə çalışanlara 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.
Eyni zamanda, 2022-ci ildə “Əmək pensiyaları haqqında” Qanunda edilmiş əlavə və dəyişikliklər zərərli və ağır işlərdə çalışan şəxslərə pensiya yaşına çatdıqda daha erkən pensiya hüququ verilməsi şərtlərini xeyli yumşaldıb. Kişilərdən 12 il 6 ay, qadınlardan 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda müvafiq pensiya kapitalı olduqda 25 il staj tələbi aradan qaldırılıb.
Tələb olunan pensiya kapitalı və pensiya hesablanan zaman gözlənilən pensiya ödənişi müddəti göstəricisi də azaldılıb ki, bu da onlara hesablanan pensiya məbləğinin orta hesabla 42-62 faiz artması ilə nəticələnib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar