Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Toyda ögey qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs

Tarix: 20-02-2024 21:24     Baxış: 4270 A- / A+

Sumqayıtda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən 1954-cü il təvəllüdlü Ruslan Kərimduxta hökm oxunub.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Kərimduxt Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə təqsirli bilinib.

İttihamda qeyd edilib ki, R.Kərimduxt Sumqayıtda toyda iki nəfəri - ögey qardaşı V.Kərimduxtu və onun arvadını öldürməyə cəhd edib.

Belə ki, o, ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində Ruslan yaxın qohumlarına hücum edib. Qonaqların müdaxiləsindən sonra onun əlindəki ov bıçağı alınıb.

Bildirilib ki, Ruslan Kərimduxt ilə V.Kərimduxt doğma qardaş olmayıblar. Daha əvvəl məhkumluq həyatı yaşayan Ruslan bildirib ki, həbsdə olan müddətdə qardaşı və arvadı onun anasını incidiblər, ona yaxşı baxmayıblar. O, hadisəni həm də aralarında yaranan mülki mübahisəyə görə etdiyini etiraf edib. Lakin onları öldürmək istəmədiyini deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimduxta 14 il həbs cəzası verilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar