Tik-tok mənə tez-tez bir səhifə göstərir. Gənc valideynlər 3-4 yaşlarında oğlan uşağının videosunu yayırlar. Uşaq əlinə keçən hər şeyi sözün əsl mənasında atasının təpəsinə çırpır, ana da yenə sözün əsl mənasında irişə-irişə bunu videoya çəkir, paylaşır, qəşş edir...
Şərhlər bu biədəb görüntülərdən daha biədəbdir. “Ay allah, ölürəm bu uşaq üçün”, Ay allah, bu ata necə səbrlidir”, “Ay allah, anaya necə ləzzət edir e atanı döyməyi, hahahah”, “Ay Allah, yeyərəm e bu uşağı...”
Və bu uşaq böyüyür, indi bir əmri ilə divandan qaldırıb yerdə otuzdurduğu, yerdən qaldırıb otaqdan qovduğu atasına elədiklərini kafedə, məktəbdə rastlaşdığı adamlara da eləmək istəyir. Bəlkə də onun zorbalığına məruz qalan da elə “Ay Allah, bu ata necə səbrlidi” yazan əmilərdən, xalalardan biri olur. Amma o əmi, xala ata qədər səbrli ola bilmir, silləni qoyur o oğlanın qulağının dibindən. O oğlan da əlinə keçən kəsici-deşici alətlə indi şərhlərdə ona “Ay Allah, bunu yeyərəm e, necə şirindi” yazan əminin, xalanın taleyini sözün həqiqi mənasında yeyir. Ya da o xala, əmi bir az cəld tərpənib özünü müdafiə edir və indi virtual əzizlədiyi o uşağın ömrünü yeyir.
İndi video çəkə-çəkə irişən ana da taleyindən gileylənə-gileylənə ya qəbristanlıq yollarında yorğun olur, ya da həbsxana qapılarında məhbus oğulu görmək üçün növbə gözləyir.
İndi bildiniz, o qızlar bir-birinin başına niyə yumurta çırpıb, cəza kəsirlər? Ona görə ki, siz onları belə böyütmüsünüz.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar