Xəbər lenti
Türkiyə-Azərbaycan Universiteti yaradılır - Şəkillər
Rusiyanın Nijnevartovsk şəhərində yaşayan gənc ailə yeni doğulan körpəsinə maraqlı ad seçimi edib: Vladimir-Putin.
Prezidentinin şərəfinə Vladimir-Putin adı verilmiş körpə bu gün Nijnevartovskdakı doğum evindən evə buraxılıb.
Vladimir-Putin adlı körpənin valideynləri milliyətcə azərbaycanlıdırlar.
Uşağın atası Qoşqar Piriyev bildirib ki, yeni doğulmuş körpə və anası özünü yaxşı hiss edir.
“Bu gün onlar doğum evindən buraxılıblar. Hər ikisi özünü yaxşı hiss edir. Körpə oğlan bir az şıltaqlıq edir, amma hər şey qaydasındadır. Həyat yoldaşımın da vəziyyəti yaxşıdır”, - deyə Qoşqar Piriyev bildirib.
İndi evdə körpəyə sadəcə Putin deyirlər. Ata qeyd edib ki, qohum-əqrəba, dost-tanış uşağın adını eşidərkən fərqli reaksiya verirlər. Yaşlı nəsil bu ada daha loyaldır, müasir nəsil isə bəyənmir.
Cütlüyün Vladimir-Putindən böyük Qoşqarın atasının adını daşıyan bir oğlu da var.
Q.Piriyev deyib ki, uşağın cinsini biləndə dərhal qərara gəliblər ki, ona dövlət başçısı Vladimir Putinin şərəfinə ad versinlər:
"Oğlumun doğulacağını biləndə həyat yoldaşıma dedim: “Onun adını prezidentin şərəfinə Vladimir-Putin qoyacağıq”. Gələcəkdə, 20 və ya 30 il keçəndə Vladimir Putini unutmasınlar, çünki o, tezliklə dünya tarixini yazacaq. O, 45 illik karyerası ərzində ölkə üçün, bizim üçün, ruslar üçün, hamı üçün çox şey edib və hələ də edir”.
Ailə başçısı etiraf edib ki, o, Rusiya prezidentin pərəstişkarıdır. Q.Piriyev yeni doğulan oğlu Vladimir-Putinin də böyüyüb ölkəsinə xeyir verəcəyinə inam bəsləyir.
Vladimir-Putin adlı yeni doğulmuş körpə fevralın 9-da dünyaya gəlib. Sənəddə onun adı defislə yazılıb: Vladimir-Putin. Körpəyə doğum haqqında şəhadətnamə fevralın 15-də verilib.
Körpənin çəkisi 4100 q, boyu 56 sm-dir. turkustan.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar