Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Beş milyona tikilən xəstəxananın 200 manatlıq dərdi

Tarix: 19-02-2024 21:35     Baxış: 390 A- / A+

Sumqayıt şəhər sakinləri qəribə mənzərə ilə üz-üzə qalıblar. Belə ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasında müayinə olunan vətəndaşlar verdikləri analizlərin cavabını çox çətinliklə əldə edirlər. 

Səbəbsə çox sadədir: Xəstəxanada çap qurğusu yoxdur. 

Ona görə də xəstəxanada analiz verən xəstə cavabı əldə etmək üçün şəhərdəki hansısa digər xəstəxana və yaxud poliklinikaya getməlidir. Getdiyi ünvanda əlindəki çeki göstərib və kimlərdənsə xahiş edib, boyun bükməlidir ki, 2 saylı xəstəxanada verdiyi analizin cavabını çap edib, ona versinlər. Bundan sonra xəstə analizin cavabını götürüb, yenidən 2 saylı xəstəxanaya getməlidir ki, həkim nəticələrə baxıb qərar versin. 

Nəzərə alaq ki, 2 saylı xəstəxana Sumqayıt şəhərindən xeyli aralıda, “Bağlar” massivində yerləşir. Sumqayıtdan həmin xəstəxanaya gedib-gəlmək ən azı bir neçə saat vaxt aparır.

Bu, azmış kimi, çox xırda və sadə bir məsələyə görə xəstə ən azı 2 gününü itirir.

2 saylı Sumqayıt şəhər xəstəxanası yeni inşa olunub. Xəstəxananın tikilməsi və zəruri avadanlıqların alınması üçünsə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə nə az-nə çox, düz 5 milyon manat vəsait ayrılıb.

23 oktyabr 2023-cü ildə xəstəxananın təntənəli açılışı olub. Artıq bir neçə aydır ki, xəstəxana fəaliyyətini davam etdirir. Amma nəyə görəsə xəstəxananı tikənlər və təhvil alanlar çap qurğusunu “yaddan çıxarıblar”. Qəribədir ki, indiki rəhbərlik də real vəziyyətdən heç də narahat deyil. Yoxsa 200-300 manat dəyəri olan çap qurğusu çoxdan alınıb yerinə qoyulardı.

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən  bildirilib ki, hazırda xəstəxana TƏBİB-in balansındadır:

“Ona görə də məsələ ilə bağlı TƏBİB-ə müraciət edin”.

TƏBİB-dən cavab olaraq, məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyi bildirilib. bizim.media

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar