Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Hülya Avşarın yerinə imza atan kuryerə qarşı həbs cəzası

Tarix: 19-02-2024 08:51     Baxış: 481 A- / A+
Türkiyəli aktrisa Hülya Avşara çatmalı olan icra sənədini qızı Zehra Çilingiroğluna çatdıran, qadağan olduğu halda özü imzalayan kuryer cinayət məsuliyyətinə cəlb edilib.

Avşar və Çilingiroğlunun vəkili müttəhimin hərəkətinə görə müvəkkillərinin maddi və mənəvi cəhətdən çətin günlər yaşadıqlarını bildirərək, müttəhimin cəzalandırılmasını istəyib. 

Bank hesablarına həbs qoyulduqdan sonra icra sənədinin çatdırılmasını göstərən kağızın kuryer tərəfindən doldurulduğunu öyrənən Avşar özündən çıxıb. Avşarın 6 iyul 2023-cü ildə bank hesablarına həbs qoyularkən sözügedən icradan xəbər tutduğu ifadə edilib.

Şübhəli İbrahim K. müdafiə çıxışında "Bizə bildirişlərin paylanması ilə bağlı heç bir məlumat verilmədi. İşə başlayanda yalnız yük paylayacağımı düşünürdüm. Ancaq işə başlayanda bunun belə olduğunu gördüm. Hülya Avşara daha əvvəl xəbər vermişdim. Oraya getdim, dedilər ki, Hülya xanım orada deyil, qızı Zəhra Çilingiroğlu evdədir. Ona yaxınlaşdım, telefonla danışırdı və tələsirdi. Sənədi verdim, imza almağı unutdum" sözlərini söyləyib.

Təqsirləndirilən şəxs etdiyi işin cinayət olduğunu bilmədiyini ifadə edib. Müttəhimin hərəkətinə görə Hülya və qızının xeyli ziyana düşdüyü bildirilib. Onların bəzi əmlaklarına həbs qoyulub.

Məhkəmə qərarını açıqlayaraq, müttəhim İbrahim K.-nı "rəsmi sənədləri saxtalaşdırma" cinayətinə görə 2 il müddətinə azadlıqdan məhrum edib. Komitə təqsirləndirilən şəxsin dinləmələr zamanı davranışını nəzərə alaraq cəzanı 1 il 8 aya endirib. Məhkəmə təqsirləndirilən şəxsə qarşı əvvəllər məhkum olunmaması səbəbindən hökmün elanının təxirə salınmasına qərar verib. Təqsirləndirilən şəxs 5 il ərzində qəsdən hər hansı cinayət törətməzsə, ona qarşı cinayət işinə xitam veriləcək. axşam.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar