Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Tariximin izidir, şəhid məzarı

Tarix: 18-02-2024 10:12     Baxış: 3569 A- / A+


Coşqun Xəliloğlu
 Azərbaycan Yazıçılar Birliyinin üzvü



ŞƏHİD MƏZARI

Nəvə:
-Baba, şəhid məzarı nədir?

Baba:
-Müqəddəs pirimizdir,
Ziyarət yerimizdir,
Bayatı, şeirimizdir,
Bala, şəhid məzarı.

Orda igid uyuyur,
Əsgər, zabit uyuyur,
Ölməz bir ad uyuyur,
Odur şəhid məzarı.

Bəzənibdir güllərlə,
Əlvan qızılgüllərlə,
Saysız qərənfillərlə,
Bala, şəhid məzarı.

Dur, saxlayaraq ayaq,
Lap yaxından tanıyaq,
Canlıdır – bunu duyaq,
Bala, şəhid məzarı.

Bu gündür, gələcəkdir,
Hamımıza örnəkdir,
Qəhrəmanlıq deməkdir,
Bala, şəhid məzarı.

Şairlərin sözüdür,
Həqiqətin özüdür,
Tariximin izidir,
Bala, şəhid məzarı.

Sözümü saxla yadda,
Torpaq qalammaz yadda,
Şanlı ünvandı, addı,
Bala, şəhid məzarı.

14.01.2021

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar