Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər bir valideyn övladının xoşbəxtliyi qədər xoşbəxtdir

Tarix: 17-02-2024 15:41     Baxış: 3220 A- / A+
             professor Şahlar ƏSGƏROV


İ
kinci Dünya müharibəsindən onra Kəlbə­cərin unudulmaz və fədakar  müəllim kollek­tivi olub: Cəfər müəllim, Bəhmən müəllim, Muxtar müəllim, Aslan müəllim... kimi tanınan zi­ya­lılarımızı yada salmaq kifayətdir. 
Bu müəllimlər rayonda çox yüksək hörmət sa­hib­i idi­lər. Buraxılış siniflərində sorğu aparanda ən qa­biliyyətli şagirdlər bəri başdan müəllim olacaq­la­rını bəyan edir­­dilər. Beləliklə, ikinci nəsl Kəlbəcər müəllimləri ye­tişdi. Bu gənclərdən Şamil Əsgərov, Qənbər Qur­ban­ov, Məmməd Aslan, Əli Kazımov və digərləri onlara dərs deyənlərlə çiyin-çiyinə çalışan şərəfli mü­əl­lim­lər oldular. 

Tale belə gətirdi ki, biz Qaraçanlı İbrahim kişi ilə qohum olduq. Atam bu nəsili daha yaxşı tanı­yır­dı. Üç para kənddə (Baş, Aşağı və Orta Qaraçanlı) ya­şayan qaraçanlıların el-obada tanınan və sayılan ağsaqqalları (Fərhad kişi, Seyfəli müəllim...) çox idi. Tarixi şəxsiyyət kimi tanınan Kürdoğlu Məhəmməd də bu kənddən idi. Əli müəllim mənim üçün çox da yad adam deyildi. Əvvəla, orta məktəbdə eyni müəl­limlərdən dərs almışdıq. İkincisi də, Bakıda tələbə olanda Əli ilə tez–tez M.F.Axundov adına Mərkəzi Ki­tabxanada rastlaşırdıq. 
Beləliklə, İbrahim kişinin ailəsi ilə qohum ol­duq.  
Biz qohum olanda bacım Həqiqət universitet tələbəsi idi. Oxumağa aşırı dərəcədə həvəsi var idi. Həqiqətin tələbəliyi asan olmadı. Çünki universitet tələbəsi ola­raq, həm də ailəli idi, uşaq  böyüdurdü.

Atam üçün bu gənc ailə çox əziz idi. İlk nəvəsi Zəminə düyaya bu ailədə göz açdı və atama baba xoş­bəxtliyini yaşatdı. Zəminənin hesabına rütbələri­miz artdı: birimiz dayı, birimiz xala oldu. Zəminə tək bir­cə Baharı xala kimi qəbul etmir və deyirdi ki: “...Heç Mepişdən də xala olar?”    
Əli müəllim atası İbrahim kişidən eşitdiyi: “Döv­lət zəif olanda özünüzü qoruyun. Dövlət güclü olan­da o sizi qoruyacaq. Çalışın ki, dövlətiniz güclü ol­sun”,- müdrik fikri tez-tez işlədirdi. 

Əli Kazımov rayonda hörmətli vəzifə sayılan şə­hər sovetinin sədri, rayon təhsi şöbəsinin müdiri də oldu. Harada işləməsindən asılı olmayaraq, ata­sının tövsiyəsini yaddan çıxarmayaraq, dövlətə qul­luq et­məyi üstün bilirdi. 
Əli müəllim hər səhər işə, axşam isə evə tələsən məmur və ailə başçısı idi. Bu keyfiyyəti övladlarına da aşılamışdı.

...Heyf o xoş günlərdən. Qəfildən hər şey alt-üst oldu. Xoş günlər arxada qaldı. Kəlbəcərlilərin ağır günləri başladı. Doğma torpaq ermənilər tərəfindən işğal olundu. Əhali Murovdağı qışda (1993-cü ilin ap­rel ayının əvvəlində) piyada aşdı. Beləliklə də kəl­bəcərlilər bu dünyada ermənilər tərəfindən yaradılan cəhənnm əzabını gördülər.  
Kəlbəcərli və Kəlbəcərsiz dövrlərdə  Əli müllim ailəsini qoruya bildi. Dörd övladını ali məktəbdə oxutdu. Qızlarına ali təhsil verdi. Sübhi Kazımov öl­kənin ədiliyyə sistemində həmkarları tərəfindən hör­mət olunan, sayılan-seçilən hüquqşunaslardandır. Bu­nu yalnız mən demirəm. Onunla ünsiyyət quran hər kəsin fikridir. Xoş sədalarını tez-tez eşidir və sevinirəm ki, dövlə­ti­nə və millətinə sədaqətlə qulluq edən, güvəndiyim belə bir ba­cım oğlu var. 

Əli müəlimin ikinci qızı və BDU-da tələbəm olan Zülfiyyə ailəsi ilə birlikdə bizdən çox uzaqlarda, Barselonada yaşayır. Övladları İspaniya universitet­lərini uğurla qurtararaq, firmalarda işləyirlər. Ai­lə­nin sonbeşiyi Rəbiyyəni həkim kimi görmək istəyir­dim və belə də oldu. Əhalimizin sağlamlığı keşiyin­də duranlardandır.
“Hər bir valideyn övladının xoşbəxtliyi qədər xoş­bəxtdir”,- deyimi xaricdə məşhurdur. Ailə yalnız uşaq­larına görə xöşbəxt deyil. Əli Kazımovun və Hə­qiqət müəllimənin həm də nəticəsi var: nəvəsi Mu­radın gözəl və şirin qızı Leyladır...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar