Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

9 ildən sonra bəraət alan Aydın Qəhrəmanov 1 milyon manat istəmişdi - Bu qədər veriləcək

Tarix: 17-02-2024 13:14     Baxış: 4158 A- / A+



İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib.
Qəhrəmanov həbsdə keçirdiyi 9 ilin maddi və mənəvi ziyanı üçün 1 milyon manat tələb edib. İddiaya cavabdeh kimi Maliyyə Nazirliyi və Baş Prokurorluq tanınıb. Hakim Əfsanə Heydərova iddiaçı və cavabdeh tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib. 
Qərara əsasən, Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib. Maddi ziyanla bağlı tələb isə rədd edilib.
İddiaçı qərardan narazı qalıb. 
Qeyd edək ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilib.
9 il sonra-2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar