Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Biz istəsəydik, Fazil Mustafa öləcəkdi" - Təqsirləndirilən şəxs

Tarix: 16-02-2024 19:18     Baxış: 4171 A- / A+


"Biz istəsəydik,  Fazil Mustafa öləcəkdi"   - Təqsirləndirilən şəxs
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə prokuror təqsirləndirilən şəxs Azər Səricanova suallar ünvanlayıb.
Prokuror ondan Fazil Mustafaya qarşı sui-qəsd törətmədən, məsələnin həllinin sivil yolunun olub-olmadığını soruşub.

O bildirib ki, əvvəlcədən fikri Fazil Mustafaya bu tərzdə dərs vermək idi:
“Fazil Mustafanın deputat, dövlət adamı olduğunu bilirdim. Dini mövqedən fikirləri məni əsəbləşdirirdi. Dəfələrlə tanışlarım ona feysbukda yazıb bildirmişdi. Oğluna da deyilmişdi. Mən amma yazmamışam. Çünki əvvəldən fikrim onu cəzalandırmaq idi”.
Təqsirləndirilən şəxs Azər Səricanov bütün planların özünün fikirləşdiyini deyib:
“Bütün planı mən etmişəm. Bunların heç bir günahı yoxdu. Nə cəza varsa, mənə verin”.
Fazil Mustafanın vəkili Azər Səricanova suallar ünvanlayıb.
Vəkil: Sən dedin ki, bu şəxslərə ideologiyanı mən öyrətmişəm. Hansı ideologiyanı deyirsən? 
Azər Səricanov: Mən həmin ideologiyanı sənə öyrətməyim üçün gərək 1 ay dizimin dibində oturasan. 
Fazil Mustafa deyib ki, hicablı qadınlar qarğadı. Aşura günü toy eləməyə çağırır. 
Vəkil: Fazil Mustafa harda deyib bu sözləri? 
Azər Səricanov: Mənimlə oyun oynama e. Yutubda hər şey var. 
Fazil Mustafanın vəkili onun son 5 illik çıxışlarını məhkəməyə təqdim edib. 
Vəkilin “3 ədəd silah haradan əldə edilib” sualına Azər Səricanov belə cavab verib:
“Hamısını mən tapmışam. Kişiyəm, kişinin üstündə silah olar. Mən üstümdə həmişə silah gəzdirmişəm. Mənim dinimi təhqir edənlərin əllərini kəsərəm”.
Prokuror əgər hadisəni törətməkdən peşman deyilsənsə, niyə gizləndiklərini soruşub. 
Azər Səricanov gizləndiyi üçün peşman olduğunu deyib və bildirib ki, Fazil Mustafanın ölməməsi möcüzə deyil, biz istəmədiyimiz üçün sağdır:
“Səhv etmişəm ki, gizlənmişəm. Ən şərəflisi o idi. Gərək özümüz çıxıb deyərdik ki, sui-qəsdi biz törətmişik. Bax, burda keçirdiyimiz toplantı hamısı şoudu. Mən ölümə gedən adamam. İstəyirsiniz mənə ömürlük verin.
Biz istəsəydik Fazil Mustafa öləcəkdi. İstəməmişik deyə ölməyib. Getsin buna görə şükür eləsin”.
Hakim Elnur Nuriyev sual verib: “Sizin dediyiniz o dində kimisə bu tərzdə cəzalandırmaq varmı?” 
Azər Səricanov: Bu səfər də belə olsun. Dinimi təhqir edənin əllərini də kəsərəm
Hakim Azər Səricanovdan etdiyi əməldən peşman olub-olmadığını soruşub.
Azər Səricanov peşman olmadığını deyib:
“Etdiyim əməldən heç peşman deyiləm. Etdiyim hər şeyin sonacan üstündəyəm”.
Məhkəmədə Azər Səricanovun istintaqdakı ifadəsi elan olunub:
“28 mart Fazil Mustafanı vurandan sonra Rəşada zəng etdim. Səhəri gün Rəşadla görüşüb, ondan 30 min dollar aldım. Həmin puldan Rəşada 2 min dollar verdim. Səbuhiyə isə 15 min dollar verdim. Və dedim ki, ölkədən çıx”
Hakim: Bu barədə nə deyəcəksən? 
Azər Səricanov: Mən Rəşadın ifadəsini təsdiqləmişəm. Demişəm ki, Rəşad nə deyibsə, təsdiq edirəm. Onlar yazdı, mən imzaladım.
Proses zamanı Rəşad Əhmədov ifadə verib. Hadisə barədə deyib:
“Aprelin 14-ü Qaradağda maşın təmizləyirdim. 4 mülki şəxs gəlib məni saxladı. “Bandatdel”ə gətirdilər. 8-9 nəfər üstümə düşdü. 2 büküm narkotik gətirib, dedilər ki sənindi. Dindar olduğumu üçün mənə işgəncə verildiyini düşündüm. Məni Kürdəxanıya apardılar. Analiz götürmək adı ilə damarlarımı deşdilər. Guya narkomanam. 
Daha sonra, bu ifadələri təsdiqləməyimi istədilər. Guya Azər Səricanova 30 min dollar vermişəm. Belə bir şey olmayıb. Məni ailəmlə təhdid edirdilər, “Kərimə dövləti”ni soruşurdular.
Mən ancaq Azər Səricanovu tanıyıram. Onunla da birgə yağ satmışıq. Bu hadisədən xəbərim olmayıb. Azərlə Fazil Mustafa haqqında danışmışıq. Amma hadisədə iştirak etməmişəm. Azər hadisədən qabaq mənə silah vermişdi saxlamağa. Qızılı tapanca idi. Demişdi ki, saxla, gəlib götürəcəm. Mən də saxlamaq üçün Xəyyama verdim. Azər də ondan götürəcəkdi. Tutulanda isə telefonumu məndən soruşmadan aldılar. İçində 1-2 yerin şəkili olub. Onu da maraq üçün çəkmişəm. Boynuma qoydular ki, sən İrana işləyirsən. Guya şəkilləri Valehə atmışam. Valeh İsmayılov uşaqlıq dostumdu. İrandadı”.
Rəşad Əhmədov Azərin tutulduğunu görən kimi İrana qaçdığını deyib:
“Azərim tutulduğunu eşitdim. Qorxudan İstanbula qaçdım. Ordan da İrana getdim. 10 gün Qumda qaldım. Məni axtaran olmadığını görəndən sonra Bakıya evimə qayıtdım”.
O, öz vəkili gələnə qədər verdiyi ifadələri təsdiqləmədiyini bildirib. 
Rəşad Əhmədovun istintaqdakı ifadəsi elan edilib. 
Növbəti proses martın 1-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafana yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar