Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məşhur körpü sökülür?

Tarix: 16-02-2024 18:31     Baxış: 3176 A- / A+


   
Paytaxt Bakıda vaxtaşırı müxtəlif tikinti-söküntü işləri aparılır. Bəzən hətta yeni istifadəyə verilən obyektlər də plana düşür. Onların kommunikasiyalara və şəhərin ümumi görünüşünə zidd olduğu səbəbi ilə söküldüyü deyilir.
Manevr.az Globalinfo.az-a istinadən xəbər verir ki, növbəti plana düşəcək obyektin Cavanşir körpüsü (köhnə adı Qaqarin körpüsü – red.) olacağı ehtimal edilir.
Bu haqda indiyə kimi bir neçə dəfə yazılıb, lakin plan təxirə düşüb.
Cavanşir körpüsünün sökülmə ehtiyacı haradan qaynaqlanır?
Bildirilir ki, bu yol ötürücüsünə hazırda heç bir ehtiyac yoxdur. Son illərə kimi körpünün altından dəmir yolu xətləri keçirdi. Artıq bu kommunikasiya ləğv edilib.
Üstəlik körpünün ətrafında yeni infrastruktur yaradılıb. O infrastruktura ətrafdakı yaşayış binaları, həmçinin yeni ticarət mərkəzi aiddir. Bir arqument də budur ki, yol ötürücüsü artıq istismar müddətini başa vurub və keyfiyyəti xeyli dərəcədə aşağı düşüb.
Xatırladaq ki, ötən il körpünün yaxınlığında yerləşən yeni tikilmiş bina söküldü. Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında söküldü.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar