Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın gələcək ərini zibil qutusundan tapdı - Dünya mediası onlardan yazır

Tarix: 14-02-2024 21:06     Baxış: 3251 A- / A+
ABŞ-ın Nyu-York ştatında qadın gələcək ərini zibil qutusunda tapıb. Bu barədə “New York Post” məlumat yayıb.

39 yaşlı Amerika sakini Erin Şeffildin zibil qutularına girmək kimi qeyri-adi hobbisi var. Belə ki, o, saxlayacağı və ya satacağı əşyalar tapmaq üçün zibil qutularını gəzir. 2009-cu ildə Şeffild adəti üzrə işləri ilə məşğul olarkən qutuların birinə girən 35 yaşlı Deyv ilə tanış olub. Məlum olub ki, onun da eyni hobbisi var.

Zibil qutusunda görüşdükdən sonra telefon nömrələrini dəyişiblər və o vaxtdan birlikdə zibilliklərdə əşyalar axtarmağa başlayıblar. Onlar birlikdə dərsliklər, bahalı kalkulyatorlar, ofis ləvazimatları, təmizlik ləvazimatları və sonradan onlayn satdıqları digər əşyalar tapıblar. Bir neçə ay sonra onlar görüşməyə başlayıblar. Artıq bu il cütlük uşaq gözləyir.

Ər-arvad hələ də sevdikləri işlə məşğuldur. Bayramda zibil qutularında tapdıqları bəzi əşyaları bir-birinə verirlər. Məsələn, Deyv zibil qutusunda qızılgüllər tapıb və onları evlilik ildönümü üçün həyat yoldaşına verib.

Cütlük hobbilərindən ildə təxminən 20 min dollar qazandıqlarını deyib. Onlar zibilliklərdə tapılan əşyaları sataraq öz şirkətlərini açmağı planlaşdırırlar. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar